Şənbə, Fevral 28, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Prezidentə təbriklər davam edir

23/12/2025 18:54
Manşet, Siyasət
59 4
Prezidentə təbriklər davam edir
80
Baxış sayı

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviç Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Gündəm24.az xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri, hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi böyük sevinc hissi ilə çatdırıram. Sizin fədakarlığınıza birbaşa şahid olan dost və həmkar kimi deyə bilərəm ki, liderliyə gətirdiyiniz səmimiyyət və güc məni həqiqətən ruhlandırır.

Sizin uzaqgörən rəhbərliyiniz Azərbaycanı rifahın və qlobal nüfuzun yeni zirvələrinə yüksəltmişdir, eyni zamanda sülhə, mədəni irsə və iqtisadi inkişafa sadiqliyiniz saysız-hesabsız insanın həyatına müsbət təsir göstərmişdir.

Beynəlxalq forumlar çərçivəsində və ikitərəfli görüşlərimiz, eləcə də Bosniya və Herseqovina ilə Azərbaycan xalqları arasında getdikcə möhkəmlənən əlaqələr məndə gələcəkdə dostluq və əməkdaşlığın daha da dərinləşəcəyi ilə bağlı nikbinlik hissi yaradır.

Bu əziz gündə Sizə və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik və Azərbaycanı daha parlaq gələcəyə aparan fəaliyyətinizdə uğurlar arzulayıram”.

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Gündəm24.az bildirir ki, təbrikdə deyilir:

“Zati-aliləri.

Böyük məmnuniyyətlə xalqımızın adından və öz adımdan Sizə doğum gününüz münasibətilə ən səmimi təbriklərimizi çatdırıram. Uca Allah Sizə möhkəm cansağlığı və çoxlu belə xoş günlər nəsib etsin.

Başa çatmaqda olan ilə nəzər saldıqda, ikitərəfli münasibətlərimizin müsbət inkişafından böyük məmnunluq duyuram. Bu münasibətlər bu ilin fevral və may aylarında ikitərəfli görüşlər keçirmək, həmçinin iyul ayında Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə toplantısında, noyabr ayında Bakıda şanlı Zəfər Gününə həsr olunmuş paradda iştirak etmək məqsədilə gözəl ölkənizə etdiyim səfərlərlə daha da möhkəmlənmişdir.

Azərbaycana etdiyim hər səfərim zamanı ölkənizin gözəlliyinə və zəngin təbiətinə daha çox heyran oldum, dost və qonaqpərvər qardaş xalqınıza olan məhəbbətim daha da artdı.

İqtisadi sahədə əməkdaşlığımız da uğurla inkişaf edir və hazırda Azərbaycanın Pakistana 2 milyard dollar məbləğində investisiya yatırması ilə bağlı şərtləri yekunlaşdırırıq. Bu layihə xalqlarımızın həyatını dəyişdirəcək və eyni zamanda qarşılıqlı faydalı iqtisadi əməkdaşlığı təmin edəcəkdir.

Zati-aliləri, mən Bakıda olarkən “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olmağımı xatırlatmaq istəyirəm. Həmin vaxtdan bəri ölkələrimiz dövlət xidmətlərinin göstərilməsində innovativ və vətəndaşlara yönəlik həllərin təqdim edilməsi, şəffaflığın, səmərəliliyin və institusional bütövlüyün təmin edilməsi məqsədilə İslamabadda “Pakistan Asan Xidmət” mərkəzinin yaradılması üzərində birgə çalışırlar. Aylarla davam edən işlərdən sonra “Pakistan Asan Xidmət” mərkəzi 2026-cı il yanvarın 10-dək hazır olacaq və açılış mərasimi keçiriləcəkdır. Yeni yaradılmış “Pakistan Asan Xidmət” mərkəzi, şübhəsiz ki, xalqlarımızın həyatın bütün sahələri üzrə, o cümlədən səmərəli və müasir dövlət xidmətlərinin göstərilməsindən faydalandıqlarını dünyaya nümayiş etdirəcəklər.

Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı rifah və tərəqqi diləyirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Gündəm24.az bildirir ki, təbrikdə deyilir:

“Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri adından Sizə doğum gününüz münasibətilə ən səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırmaqdan şərəf duyuruq.

Uzaqgörən liderliyiniz, Azərbaycanın inkişafına sarsılmaz sadiqliyiniz və beynəlxalq arenada prinsipial mövqeyiniz dünyada Sizə dərin hörmət və rəğbət qazandırıb. Sizin rəhbərliyinizlə Azərbaycan suverenliyini möhkəmləndirib, inklüziv iqtisadi artımı təmin edib, dialoq, çoxtərəfli əməkdaşlıq və regional əlaqələrin təşviqində etibarlı tərəfdaş kimi tanınıb.

Sülhə, sabitliyə və davamlı inkişafa sadiqliyinizi, eləcə də Azərbaycanın qlobal gündəmlərə, xüsusən də enerji keçidi, iqlim tədbirlərinə və mədəniyyətlərarası dialoqa verdiyi konstruktiv töhfələri yüksək qiymətləndiririk. Bu işlər Nizami Gəncəvinin humanizmi və müdrikliyindən ilhamlanan Mərkəzimizin missiyası ilə tam şəkildə uyğundur.

Bu əlamətdar gündə Sizə cansağlığı, davamlı uğurlar və firavanlıq arzulayırıq. Azərbaycan xalqına xidmət etməyə, qlobal sülhə və əməkdaşlığa töhfə verməyə davam edəcəyiniz qarşıdakı illərdə Sizə güc-qüvvət, tükənməz enerji diləyirik.

2026-cı ilin mart ayında XIII Qlobal Bakı Forumunda Sizinlə görüşməyi səbirsizliklə gözləyirik.

Zati-aliləri, ən yüksək ehtiramımızı qəbul etməyinizi xahiş edirik”.

Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Gündəm24.az xəbər verir ki, təbrik məktubunda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi təbrik edirəm.

Sizin səyləriniz sayəsində Azərbaycan Respublikası dövlətçiliyinin möhkəmləndirilməsində və əhalisinin sosial-iqtisadi rifahının yaxşılaşdırılmasında nəzərəçarpan nəticələr əldə edib.

Ölkələrimizin xalqlarının mənafeyi naminə ikitərəfli əlaqələrin, həmçinin “Yedinaya Rossiya” Ümumrusiya Siyasi Partiyası və Yeni Azərbaycan Partiyası arasında əməkdaşlığın daha da dərinləşməsinə ümid edirəm.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik diləyir və ən xoş arzularımı çatdırıram”.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofolidən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Gündəm24.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Sizə uzun ömür, cansağlığı, xoşbəxtlik və ölkənizin rifahı naminə fəaliyyətinizdə davamlı uğurlar arzulayıram.

BP olaraq, Azərbaycanda dünya miqyaslı enerji layihələrinin operatoru olmaqdan, Azərbaycan Hökuməti və SOCAR ilə qurduğumuz müstəsna münasibətlərdən qürur duyur və bu səmərəli tərəfdaşlığımızın gələcək illərdə də davam edəcəyinə ümid edirik. Bu strateji enerji layihələrinin həyata keçirilməsi Sizin liderliyiniz və daimi dəstəyiniz sayəsində mümkün olmuşdur.

Bu il 30 ildən artıq davam edən tərəfdaşlığımızda daha bir mühüm mərhələni qeyd edirik. İyun ayında biz neft və qazın kəşfiyyatı və hasilatını gücləndirəcək, eyni zamanda Günəş enerjisi və elektrikləşdirmə layihələrinin irəliləməsinə töhfə verəcək dörd əhəmiyyətli saziş imzaladıq. Qarşıdan gələn illər ərzində bu layihələrin də uğurla reallaşmasına ümid edirik.

Bu xoş fürsətdən istifadə edərək. Sizi, ailənizi və bütün Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edirəm. Yeni ildə Sizə, yaxınlarınıza və bütün Azərbaycan xalqına firavanlıq, sülh və tərəqqi arzulayıram”.

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Gündəm24.az xəbər verir ki, məktubda deyilir:

“Çox hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm. Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, rifah və bütün planlarınızın həyata keçməsində uğurlar arzulayıram.

İqtisadi cəhətdən inkişaf edən Azərbaycan dövlətinin firavanlığına və xalqınızın rifahının yaxşılaşdırılmasına yönəlmiş fəaliyyətiniz Sizə təkcə doğma ölkənizdə deyil, həm də onun hüdudlarından kənarda da layiqli hörmət qazandırıb.

Azərbaycan Respublikası həmişə Rusiya Federasiyası ilə əməkdaşlığın bütün sahələrində, o cümlədən regionlararası səviyyədə strateji tərəfdaş olub və olmaqda davam edir. Azərbaycan Respublikası ilə Həştərxan vilayəti arasında qurulmuş dostluq əlaqələrini yüksək qiymətləndirir, bölgəmizlə çoxşaxəli, qarşılıqlı faydalı əlaqələrin gücləndirilməsinə göstərdiyiniz dəstəyə görə Sizə səmimi-qəlbdən təşəkkür edirəm”.

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Gündəm24.az xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.

Qazaxıstanda Sizi görkəmli, müasir dövlət xadimi, qlobal miqyaslı təcrübəli və səriştəli siyasətçi kimi tanıyırlar və hörmət edirlər.

Sizin çoxillik səmərəli ali dövləti fəaliyyətiniz haqlı olaraq Azərbaycanın tarixi nailiyyətləri, suverenliyinin möhkəmlənməsi, beynəlxalq nüfuzunun artması və dinamik sosial-iqtisadi inkişafı dövrü ilə əlaqələndirilir.

Sizin güclü və müdrik liderliyinizlə qardaş Azərbaycan strateji kursunuzu qətiyyətlə davam etdirərək, bundan sonra da inkişaf və tərəqqi yolunda inamla irəliləyəcəkdir.

Qazaxıstan-Azərbaycan strateji tərəfdaşlığının və müttəfiqliyinin gücləndirilməsinə verdiyiniz nəhəng şəxsi töhfənizi yüksək dəyərləndirir, əsrlər boyu davam edən dostluq və qarşılıqlı dəstək ruhunda onların hərtərəfli möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verirəm.

Əminəm ki, biz birgə səylərimizlə çoxşaxəli dövlətlərarası əlaqələrin bundan sonra da inkişafına yeni təkan verəcək, Qazaxıstan ilə Azərbaycan arasında münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldıracağıq.

Hörmətli İlham Heydər oğlu, Sizə tükənməz enerji, ailə səadəti və ali dövləti fəaliyyətinizdə yeni uğurlar, qardaş Azərbaycan xalqına isə rifah və firavanlıq arzulayıram”.

Oxşarxəbərlər

Martda bayram bayrama qarışacaq: 16 gün evdə olacağıq
Gündəm

Martda bayram bayrama qarışacaq: 16 gün evdə olacağıq

28/02/2026 09:25
62
Moskvanın planı, Vaşinqtonun razılığı: Əbu-Dabi variantı gündəmdədir
Dünya

Moskvanın planı, Vaşinqtonun razılığı: Əbu-Dabi variantı gündəmdədir

28/02/2026 06:54
57
Vaşinqtondan Tehrana ağır ittiham – qanunsuz həbslər dövlət siyasəti kimi qiymətləndirildi
Dünya

Vaşinqtondan Tehrana ağır ittiham – qanunsuz həbslər dövlət siyasəti kimi qiymətləndirildi

28/02/2026 04:35
55
Keçmiş prezidentdən Epşteynlə bağlı gözlənilməz açıqlama
Dünya

Keçmiş prezidentdən Epşteynlə bağlı gözlənilməz açıqlama

28/02/2026 03:37
62
Rusiya Azərbaycana yeni nümayəndə təyin etdi
Dünya

Rusiya Azərbaycana yeni nümayəndə təyin etdi

28/02/2026 01:11
60
Leyla Əliyeva Qubada iftar məclisində – VİDEO
CƏMİYYƏT

Leyla Əliyeva Qubada iftar məclisində – VİDEO

28/02/2026 00:07
63

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Hidayət Heydərov cəzalandırıldı

Hidayət Heydərov cəzalandırıldı

28/02/2026 11:10
58
İran hava məkanını bağladı – FOTO

İran hava məkanını bağladı – FOTO

28/02/2026 11:05
63
54 yaşlı deputatdan gözlənilməz addım

54 yaşlı deputatdan gözlənilməz addım

28/02/2026 09:59
65
Pul daşıyan təyyarə qəzaya uğradı: 15 nəfər öldü

Pul daşıyan təyyarə qəzaya uğradı: 15 nəfər öldü

28/02/2026 09:50
58

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Moskvanın planı, Vaşinqtonun razılığı: Əbu-Dabi variantı gündəmdədir

Moskvanın planı, Vaşinqtonun razılığı: Əbu-Dabi variantı gündəmdədir

28/02/2026 06:54
57

Vaşinqtondan Tehrana ağır ittiham – qanunsuz həbslər dövlət siyasəti kimi qiymətləndirildi

Vaşinqtondan Tehrana ağır ittiham – qanunsuz həbslər dövlət siyasəti kimi qiymətləndirildi

28/02/2026 04:35
55

Keçmiş prezidentdən Epşteynlə bağlı gözlənilməz açıqlama

Keçmiş prezidentdən Epşteynlə bağlı gözlənilməz açıqlama

28/02/2026 03:37
62

“Qərbi Azərbaycan və ortaq dəyərlər” mövzusunda tədbir keçirilib

“Qərbi Azərbaycan və ortaq dəyərlər” mövzusunda tədbir keçirilib

27/02/2026 20:20
101

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.