Çərşənbə axşamı, Mart 3, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Prezident bu mükafatla bağlı nümayəndə heyətini qəbul etdi – FOTOLAR

21/01/2026 10:21
Manşet, Siyasət
56 4
Prezident bu mükafatla bağlı nümayəndə heyətini qəbul etdi – FOTOLAR
76
Baxış sayı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 9-da Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalamı, “Zayed İnsan Qardaşlığı Mükafatı”nın münsiflər heyətinin üzvləri – Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişeli və Afrika İttifaqı Komissiyasının sabiq sədri Musa Fakini qəbul edib.

Gündəm24.az həmin görüşdən hazırlanan materialı təqdim edir.

Azərbaycana həmişə məmnunluqla səfər etdiklərini deyən qonaqlar qəbula görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər. Onlar 2026-cı il üzrə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi ilə bağlı göstərdiyi səylərə görə Prezident İlham Əliyevə təqdim olunacağını bildirərək, bu il fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə mükafatın təntənəli təqdimat mərasiminin keçiriləcəyini dedilər, həmin tədbirdə fəxri qonaq qismində iştirak üçün dəvət məktubunu Prezident İlham Əliyevə təqdim etməkdən şərəf hissi duyduqlarını vurğuladılar.

Qeyd olundu ki, “Zayed İnsan Qardaşlığı Mükafatı” Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhər Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib və mərhum Roma Papası Fransisk tərəfindən imzalanmış sənəd əsasında təsis olunub və Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, sabiq Prezidenti Şeyx Zayed bin Sultan Al Nəhyanın humanitar irsini və dəyərlərini təşviq edir. Dövlətimizin başçısının bu mükafata layiq görülməsi, eyni zamanda, Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhər Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyibin, Roma Papası XIV Leonun və münsiflər heyətinin Azərbaycan Prezidentinin sülhün bərqərar olunması istiqamətində fəaliyyətinə verdikləri qiymətin təcəssümü kimi dəyərləndirildi.

“Zayed İnsan Qardaşlığı Mükafatı”nın münsiflər heyətinin üzvlərinin ötən il dünya üzrə bütün sülh modellərinin araşdırılmasından sonra Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin modelinin münaqişə və müharibə olan digər bölgələrdə də tətbiqi üçün gözəl nümunə olması barədə qərarın qəbul edildiyi bildirildi.

Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam: Münsiflər heyətinin adından demək istərdim ki, sülh sazişi üzrə uğurun əldə olunması üçün Zati-alinizin gördüyü işlər bizim hamımızı ruhlandırır və dünyanın müxtəlif yerlərində mövcud münaqişə bölgələri üçün sülhün möhtəşəm bir nümunəsidir.

Biz və bütün dünya bunu dəyərlər baxımından yüksək qiymətləndiririk, çünki dünyanın həqiqətən buna ehtiyacı var. Həmin mükafatın Sizə təqdim edilməsi sazişin sülh, barışıq və regional sabitliyin bərqərar edilməsi baxımından əhəmiyyətini göstərir. Cənab Prezident, Sizə həqiqətən təşəkkürümüzü bildiririk.

“Zayed İnsan Qardaşlığı Mükafatı”nın münsiflər heyətinin üzvü, Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişel: Hesab edirəm ki, Sizin Ermənistanla birgə icra etdiyiniz sülh razılaşması dünya ölkələri üçün çox güclü bir siqnaldır. Yəni çətinliklərə, keçmiş və indiki iztirablara baxmayaraq, gələcəyə kiçik də olsa, nikbinliklə və ümidlə baxmaq üçün ortaq iradə var. Bu da bizim təşviq və müdafiə etmək istədiyimiz dəyərlərə bağlıdır. Çünki biz hesab edirik ki, bu dəyərlər gələcəkdə daha çox təşviq olunmalıdır. Bir daha qeyd etmək istəyirəm, biz Sizin liderliyinizi, bu sülh razılaşmasını təqdir edirik. Mükafatla bağlı verdiyimiz qərarla biz bu sülh razılaşmasının reallığa çevrilməsi üçün Sizin göstərdiyiniz bütün səylərə dəstək olduğumuzu nümayiş etdirmək, region və Cənubi Qafqaz, həmçinin daha geniş bölgə üçün müsbət ümidlər və perspektivlər arzulamaq istəyirik.

“Zayed İnsan Qardaşlığı Mükafatı”nın münsiflər heyətinin üzvü, Afrika İttifaqı Komissiyasının sabiq sədri Musa Faki: Düşünürəm ki, sülh və sabitlik çox zəruridir. Fikrimcə, baxışlarınız və rəhbərlik keyfiyyətləriniz çox yüksək dəyərləndirilir. Münsiflər heyətinin üzvü kimi Sizi təbrik etmək istəyirəm və görüşümüzdə iştirak etmək üçün razılıq verdiyinizə, bütün dünyaya və region xalqlarına sülhün və cəsarətin nədən ibarət olduğunu göstərdiyinizə görə minnətdaram. Qeyd etdiyiniz kimi, son vaxtlara qədər qətl və qan tökülməsi müşahidə olunurdu. Lakin indi irəliyə doğru getmək, sülhü və sabitliyi bərqərar etmək cəsarətini nümayiş etdirdiniz. Zati-aliləri, təbrik edirəm.

Xoş sözlərə və dəvətə, həmçinin regionda sülhün bərqərar olunması istiqamətində Azərbaycanın səylərinin yüksək qiymətləndirilməsinə görə münsiflər heyətinə minnətdarlığını ifadə edən dövlətimizin başçısı dəvəti məmnunluqla qəbul etdiyini vurğuladı.

Sülhün regional sabitlik və firavanlıq baxımından önəminə toxunan Prezident İlham Əliyev dedi ki, işğal zamanı xalqımızın üzləşdiyi əziyyətlərə, verdiyi qurbanlara baxmayaraq, Azərbaycan dayanıqlı sülhün bərqərar olunması üçün güclü siyasi iradə nümayiş etdirib. Prezident İlham Əliyev sülh razılaşmasının məhz Azərbaycan tərəfindən hazırlanaraq Ermənistana təqdim olunduğunu və bu istiqamətdə səylərin davam etdiriləcəyini diqqətə çatdırdı.

Prezident İlham Əliyev: “Sizin də düzgün qeyd etdiyiniz kimi, sülh bütün regiona sabitlik və firavanlıq gətirəcək. Yaxın keçmişə nəzər salsaq, bizim məsələmizin bir növ nadir olduğunu görərik. Yaxın keçmiş deyərkən, son onilliyi nəzərdə tuturam. Son qanlı döyüşlərdən sülhə gedən yol iki il zaman apardı. Əziyyətə və qurbanlara baxmayaraq, biz sülhün birdəfəlik bərqərar olunması üçün güclü siyasi iradə nümayiş etdirdik və artıq bunun bəhrəsini görürük”.

Dövlətimizin başçısı cəmi beş ildir sülh şəraitində yaşadığımızı qeyd edərək vurğuladı ki, son aylar sülh artıq ticarət sahəsi də daxil olmaqla, praktik müstəviyə keçib. Azərbaycan Prezidenti bu xüsusda 2025-ci il avqustun 8-də Vaşinqton görüşündə sülh gündəliyi ilə bağlı əldə olunmuş razılaşmaların tarixi əhəmiyyətini qeyd etdi, bu məsələdə ABŞ Prezidenti Donald Trampın səylərini yüksək qiymətləndirdi.

Prezident İlham Əliyev: “Sülh şəraitində yaşamağa öyrəşirik. İnanın mənə, bu, xoş hissdir. Hiss edirsiniz ki, müharibə artıq yoxdur, əlavə qurbanlar yoxdur, qan artıq tökülmür. Siz xalq, ölkə və inkişaf, rifah, sabitlik üçün daha çox işlər görə bilərsiniz. Yenə də düşünürəm ki, Azərbaycan ilə Ermənistan arasında əldə olunmuş razılaşma və bu cür mötəbər şəxslərdən ibarət qrupun verdiyi qiymət həqiqətən göstərir ki, sülhə nail olmaq üçün sizdə güclü siyasi iradə lazımdır. Bunu ürəkdən arzulamalısınız. Bunu sözdə yox, əməldə etməlisiniz. Bu cür səylər dəyərləndirildiyi halda Siz daha da həvəslənirsiniz və qlobal xəritədə insanların hələ də müharibədə öldüyü digər yerlərə də sülh mesajını verirsiniz”.

“Zayed İnsan Qardaşlığı Mükafatı”ndan danışan dövlətimizin başçısı bildirdi ki, mərhum Şeyx Zayed bin Sultan Al Nəhyanın xatirəsinə dünyada böyük rəğbət bəslənilir. Prezident İlham Əliyev, eyni zamanda, onun xələfi, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla qardaşlıq münasibətlərinin olduğunu qeyd etdi. Bu xüsusda dövlətimizin başçısı mükafata layiq görülməsinin onun üçün ikiqat şərəf olduğunu dedi. Prezident İlham Əliyev regionda sülh gündəliyi ilə bağlı əldə olunmuş nailiyyətlərə göstərdikləri dəstəyə və onun fəaliyyətinə verdikləri qiymətə görə, həmçinin Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhər Şərifin şeyxinə və Roma Papasına minnətdarlığını çatdırmağı xahiş etdi.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Prezident bu mükafatla bağlı nümayəndə heyətini qəbul etdi - FOTOLAR Prezident bu mükafatla bağlı nümayəndə heyətini qəbul etdi - FOTOLAR Prezident bu mükafatla bağlı nümayəndə heyətini qəbul etdi - FOTOLAR Prezident bu mükafatla bağlı nümayəndə heyətini qəbul etdi - FOTOLAR Prezident bu mükafatla bağlı nümayəndə heyətini qəbul etdi - FOTOLAR Prezident bu mükafatla bağlı nümayəndə heyətini qəbul etdi - FOTOLAR Prezident bu mükafatla bağlı nümayəndə heyətini qəbul etdi - FOTOLAR Prezident bu mükafatla bağlı nümayəndə heyətini qəbul etdi - FOTOLAR Prezident bu mükafatla bağlı nümayəndə heyətini qəbul etdi - FOTOLAR Prezident bu mükafatla bağlı nümayəndə heyətini qəbul etdi - FOTOLAR Prezident bu mükafatla bağlı nümayəndə heyətini qəbul etdi - FOTOLAR Prezident bu mükafatla bağlı nümayəndə heyətini qəbul etdi - FOTOLAR

Oxşarxəbərlər

Bakıda mühüm tədbir: Prezident iştirak edir
Manşet

Bakıda mühüm tədbir: Prezident iştirak edir

03/03/2026 10:09
50
İrandan Azərbaycana təxliyə olunanların sayı açıqlandı — YENİLƏNİB
Dünya

İrandan Azərbaycana təxliyə olunanların sayı açıqlandı — YENİLƏNİB

02/03/2026 20:50
75
Putindən İran müharibəsi ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI: “Hazırıq”
Dünya

Putindən İran müharibəsi ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI: “Hazırıq”

02/03/2026 18:54
53
Baş nazir qərar imzaladı
Manşet

Baş nazir qərar imzaladı

02/03/2026 18:11
54
Xameneinin olduğu yerin koordinatlarını onlar verib – Bu qədər dəqiq hədəf…
Dünya

Xameneinin olduğu yerin koordinatlarını onlar verib – Bu qədər dəqiq hədəf…

02/03/2026 18:04
52
Xameneinin arvadı da öldü – FOTO
Dünya

Xameneinin arvadı da öldü – FOTO

02/03/2026 17:27
53

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

İran ABŞ aviabazasını vurdu: yaralılar var – VİDEO

İran ABŞ aviabazasını vurdu: yaralılar var – VİDEO

03/03/2026 10:11
52
Bakıda mühüm tədbir: Prezident iştirak edir

Bakıda mühüm tədbir: Prezident iştirak edir

03/03/2026 10:09
50
İsrail iki ölkəyə zərbələr endirir – VİDEO

İsrail iki ölkəyə zərbələr endirir – VİDEO

03/03/2026 10:00
52
Araz Musayevin bıçaqlanması ilə bağlı həbs edilənlər azadlıqda

Araz Musayevin bıçaqlanması ilə bağlı həbs edilənlər azadlıqda

03/03/2026 09:55
50

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Regionda vəziyyət kritik həddə çatdı — kütləvi təxliyə planları işə düşdü

Regionda vəziyyət kritik həddə çatdı — kütləvi təxliyə planları işə düşdü

02/03/2026 08:55
63

Rəsmi bəyanat – Türkiyə və İran sərhədində sərnişin keçidi müvəqqəti dayandırılıb

Rəsmi bəyanat – Türkiyə və İran sərhədində sərnişin keçidi müvəqqəti dayandırılıb

02/03/2026 08:40
60

Münaqişə intensivləşir: Hizbullah döyüşlərə qoşulur, regional gərginlik artır

Münaqişə intensivləşir: Hizbullah döyüşlərə qoşulur, regional gərginlik artır

02/03/2026 07:11
74

Əraqçidən şok açıqlama: Xameneinin öldürülməsi hüquqi prinsipləri hədəf alır

Əraqçidən şok açıqlama: Xameneinin öldürülməsi hüquqi prinsipləri hədəf alır

02/03/2026 03:46
56

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.