Vladimir Putin və Siril Ramafosa ticarət, iqtisadiyyat və investisiya sahələrində qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.
Gündəm24.az TASS‑a istinadən xəbər verir ki, Kremlin mətbuat xidməti bildirib ki, Vladimir Putin Cənubi Afrika Prezidenti Siril Ramafosa ilə telefon danışığı apararaq ticarət, iqtisadiyyat və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə edib. Tərəflər həmçinin G20 və BRICS çərçivəsində mövqelərin əlaqələndirilməsinin vacibliyini vurğulayaraq aktual beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparıblar. Kreml əlavə edib ki, Ramafosa Ukrayna münaqişəsinin siyasi-diplomatik yolla həllinə yönəlmiş Rusiya səylərini dəstəklədiyini bildirib.
Sədaqət Həsənova














