Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Qərbin Ukrayna ordusunun yenidən silahlanması üçün xüsusi hərbi əməliyyatları dayandırması gözləntilərini tənqid edib.
Gündəm24.az xəbər verir ki, TASS agentliyinin məlumatına görə,Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirilən mətbuat konfransında Qərbin, Ukrayna Silahlı Qüvvələrinin yenidən silahlanmasına imkan vermək məqsədilə xüsusi hərbi əməliyyatlarda fasilə gözləməsini tənqid edib. Zaxarova bildirib ki, belə gözləntilər reallığı əks etdirmir və əməliyyatların davam edəcəyini vurğulayıb. O, həmçinin Qərbin bu mövqeyinin situasiyanı daha da gərginləşdirdiyini qeyd edib.
Sədaqət Həsənova














