Xilasedicilər sualtı kameradan istifadə edərək araşdırma aparıblar.
Gündəm24.az xəbər verir ki, TASS agentliyinin məlumatına görə, Regional Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, Baykal gölündə baş vermiş faciəvi hadisə nəticəsində yeddi nəfərin meyiti tapılıb. Bildirilir ki, Olxon rayonunda, Xoboy burnu yaxınlığında turistləri daşıyan yolsuzluq avtomobili hərəkətdə olarkən buz qatında yaranmış təxminən üç metr enində dəliyə düşüb.
Hadisə yerində suyun dərinliyinin 18 metr olduğu qeyd edilir. Xilasedicilər sualtı kamera vasitəsilə ərazidə araşdırma aparıb və avtomobilin gölün dibində olduğunu müəyyən ediblər. Nəticədə yeddi nəfərin cəsədi aşkar edilib.
Hazırda dalğıcların iştirakı ilə əməliyyatların davam etdirilməsi planlaşdırılır. Hadisənin başvermə səbəbləri araşdırılır.
Sədaqət Həsənova














