Bazar, Fevral 22, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

“Qablaşdırılmış salatlar mikrobioloji risk daşıyır” – EKSPERT AÇIQLADI

23/11/2025 20:22
CƏMİYYƏT, Manşet, Müsahibə, Sağlamlıq
44 2
“Qablaşdırılmış salatlar mikrobioloji risk daşıyır” – EKSPERT AÇIQLADI
58
Baxış sayı

“Ümumiyyətlə, hazır paketlənmiş salatlar, meyvələr və dilimlənmiş məhsullar, əgər istehsal tarixi düzgün qeyd olunubsa və soyutma–qida zəncirinə düzgün əməl olunubsa, təhlükəsiz sayılır”. Bu sözləri SİA-ya açıqlamasında qida eksperti İlkin Şirinov bildirib.

Onun sözlərinə görə, lakin bu məhsullar mikrobioloji baxımdan ən həssas qida qrupuna aiddir və bu, bir mənalı şəkildə bilinməlidir.

Riskli olduqları üçün onların tez xarab olma səbəbləri və insan sağlamlığına təsiri baxımından bəzi mühüm məqamlara diqqət yetirmək vacibdir.

Meyvələr kəsildikdən sonra onların təbii qoruyucu səthi pozulur və bakteriyaların çoxalması üçün əlverişli şərait yaranır. Bu zaman avadanlıqlarla, toxunma və ya digər fiziki kontaktlar vasitəsilə Salmonella və Listeria kimi patogenlərin yayılma riski artır.

Əgər bu məhsullar 2–5°C temperaturda saxlanılmırsa, bakteriyalar intensiv şəkildə çoxalmağa başlayır. Xüsusilə Listeria bakteriyası soyuducu şəraitdə belə inkişaf edə bildiyindən bu, çox ciddi risk yaradır.

Bu səbəbdən məhsulların təhlükəsiz şəkildə istehsalı, daşınması və satışa təqdim olunması üçün xüsusi texnoloji proseslər tətbiq edilir. Ən geniş yayılmış üsul qazla modifikasiya olunmuş qablaşdırmadır. Bu proses zamanı qabın içindəki hava xüsusi qaz qarışığı ilə əvəz edilir; əsasən karbon qazı artırılır, azot isə balans üçün əlavə olunur. Bu, konservant deyil, sadəcə oksidləşməni və mikrobioloji artımı ləngidən texnologiyadır.

Eyni zamanda, məhsullar xüsusi antimikrob yuyucu məhlullarla (məsələn, ozonlu su və sitrat əsaslı məhlullar) təmizlənir. Bunlar səthdə qalmır, yalnız mikrobların yuyulub təmizlənməsinə xidmət edir. Rəngin qaralmasının qarşısını almaq üçün də təbii stabilizatorlardan istifadə olunur.

Bütün bu tədbirlərə baxmayaraq, bu məhsullar yenə də həssas qida qrupuna daxildir. Ona görə də qablaşdırma üzərindəki məlumatlar — istehsal tarixi, qablaşdırma tarixi və son istifadə tarixi düzgün və aydın şəkildə göstərilməlidir.

Qablaşdırma açıldıqdan sonra məhsul maksimum 24 saat ərzində istifadə olunmalıdır. Əgər məhsulda xoşagəlməz qoxu, rəng dəyişikliyi və ya başqa bir dəyişiklik müşahidə olunarsa, həmin məhsul istehlak edilməməlidir və dərhal kənarlaşdırılmalıdır”.

Oxşarxəbərlər

Sabah yağış yağacaq
CƏMİYYƏT

Sabah yağış yağacaq

21/02/2026 13:02
57
Prezident Naxçıvanla bağlı sərəncam imzaladı
Manşet

Prezident Naxçıvanla bağlı sərəncam imzaladı

21/02/2026 12:07
67
Boz ay başladı
CƏMİYYƏT

Boz ay başladı

21/02/2026 10:02
52
Unun qiymətində artım oldu: çörək bahalaşacaqmı? – FOTO
CƏMİYYƏT

Unun qiymətində artım oldu: çörək bahalaşacaqmı? – FOTO

21/02/2026 06:00
55
Qəza nəticəsində turistlərin həyatını itirməsi yerli xilasediciləri səfərbər edib
Dünya

Qəza nəticəsində turistlərin həyatını itirməsi yerli xilasediciləri səfərbər edib

20/02/2026 16:51
56
Azərbaycan əhalisinin sayı açıqlandı
CƏMİYYƏT

Azərbaycan əhalisinin sayı açıqlandı

20/02/2026 16:49
53

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Sabah yağış yağacaq

Sabah yağış yağacaq

21/02/2026 13:02
57
Bakıda 18 yaşlı gənc faciəvi şəkildə öldü

Bakıda 18 yaşlı gənc faciəvi şəkildə öldü

21/02/2026 12:41
60
Əjdər Cəfərova yüksək vəzifə verildi

Əjdər Cəfərova yüksək vəzifə verildi

21/02/2026 12:30
52
Prezident Naxçıvanla bağlı sərəncam imzaladı

Prezident Naxçıvanla bağlı sərəncam imzaladı

21/02/2026 12:07
67

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qəza nəticəsində turistlərin həyatını itirməsi yerli xilasediciləri səfərbər edib

Qəza nəticəsində turistlərin həyatını itirməsi yerli xilasediciləri səfərbər edib

20/02/2026 16:51
56

Polşa və ABŞ strateji addımlarını qiymətləndirir: nüvə silahları mövzusu

Polşa və ABŞ strateji addımlarını qiymətləndirir: nüvə silahları mövzusu

20/02/2026 16:38
55

Epşteyn işi və Zelenski: Ukraynalı siyasətçi şok açıqlama verib

Epşteyn işi və Zelenski: Ukraynalı siyasətçi şok açıqlama verib

20/02/2026 16:32
54

Ərdoğan gələcəkdə planetin vəziyyətinə görə insanların düşüncələrinin dəyişəcəyini bildirib

Ərdoğan gələcəkdə planetin vəziyyətinə görə insanların düşüncələrinin dəyişəcəyini bildirib

20/02/2026 15:52
55

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In