Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəliyində dövlətə sədaqətlə xidmət edən bir ailənin sevincini bölüşmək məqsədilə görüş keçirilib.
Gündəm24.az xəbər verir ki, tədbirdə icmanın Sumqayıt nümayəndəliyinin rəhbərliyi və idarə heyətinin üzvləri iştirak ediblər. Çıxış edənlər dövlətə və xalqa sədaqətlə xidmət edən insanların fəaliyyətinin cəmiyyətdə hər zaman yüksək qiymətləndirildiyini qeyd ediblər.
Görüşə xüsusi qonaq qismində dəvət olunan Qərbi Azərbaycanlı Tahir Möhvalıyev tədbirdə iştirak edərək göstərilən diqqət və ehtirama görə Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəliyinin rəhbərliyinə təşəkkürünü bildirib. O vurğulayıb ki, Vətənə sədaqətlə xidmət edən övladların yetişməsi hər bir ailə üçün böyük qürur və məsuliyyətdir.
Sonda Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəliyi tərəfindən hazırlanmış təşəkkürnamə Tahir Möhvalıyevə təqdim olunub və tədbir iştirakçıları tərəfindən xoş arzular səsləndirilib.



















