Cümə axşamı, Aprel 2, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Qərbi Azərbaycandan başlayan pedaqoq ömrü-Araz İsmayılov

26/03/2026 17:51
CƏMİYYƏT, Manşet, Özəl, Qərbi Azərbaycan
69 2
Qərbi Azərbaycandan başlayan pedaqoq ömrü-Araz İsmayılov
90
Baxış sayı

Qərbi Azərbaycan kökənli ziyalılardan biri olan Araz İsmayılov ömrünü təhsilin inkişafına həsr etmiş görkəmli pedaqoqlardan idi. Onun həyatı yalnız pedaqoji fəaliyyətlə məhdudlaşmır, həm də maarifçilik ideyalarının təbliği və gənc nəslin yetişdirilməsi ilə yadda qalır.

Ramiz İsmayılov əmisi haqqında xatirələrini bölüşərkən onun sadəliyini və zəhmətkeşliyini xüsusi vurğulayır:
“Əmim hər il yay tətilində kəndə gələr, tələbə yoldaşlarından da bir neçəsini özü ilə gətirərdi. Lovğalıq ona tamamilə yad idi. Ot və odun tədarükünə kömək göstərər, əkin sahələrinin suvarılmasına, su nasoslarının fasiləsiz və saz işləməsinə nəzarət edərdi. Araz əmimin hələ o vaxtdan bir prinsipi vardı: harada işləyirsənsə işlə, amma işinin ağası ol.” (Ramiz İsmayılov – qardaşı oğlu, Qərbi Azərbaycan İcması Sumqayıt Nümayəndiliyinin sədri)

“Araz müəllim hər bir müəllim ilə səmimi münasibət saxlayar, vəzifə borcunu vicdanla və namusla yerinə yetirərdi.”
(Əlfixan Məmmədov tanınmış pedaqoq)


Araz İsmayılov ömrünü təhsilin inkişafına həsr etmiş görkəmli pedaqoqlardan idi. O, pedaqoji fəaliyyəti ilə yanaşı, həm də maarifçilik ideyalarının təbliğində mühüm rol oynamışdır.
Təhsil Nazirliyi Araz müəllimi Çexoslovakiya, Ukrayna və Rusiyaya təcrübə mübadiləsinə göndərmişdi. Uzun illər pedaqoji fəaliyyətinə görə o, “Qabaqcıl maarif xadimi” fəxri adına layiq görülmüşdü. Dəfələrlə Respublika Müəllimlər Qurultayına nümayəndə seçilmiş, iki dəfə şəhər Sovetinin deputatı, həmçinin iki dəfə şəhər partiya komitəsi plenumunun üzvü kimi ictimai fəaliyyətini də uğurla davam etdirmişdi.

1983-cü ildə Araz İsmayılov şəhər Maarif şöbəsinin müdiri vəzifəsinə irəli çəkildi. Bu vəzifə son dərəcə məsuliyyətli və çətin idi. On minlərlə şagird və müəllimin, əlliyə yaxın gündüz və axşam məktəbinin, uşaq bağçalarının və peşə məktəblərinin fəaliyyətinə rəhbərlik etmək böyük idarəçilik bacarığı tələb edirdi. Lakin qazandığı zəngin təcrübə, geniş dünyagörüşü və yenilikçi yanaşması ona bu vəzifənin öhdəsindən layiqincə gəlməyə imkan verdi.

Bu gün də Araz müəllimin təhsil şöbəsinə rəhbərlik etdiyi dövrdə gördüyü işlər Sumqayıtın minlərlə sakininin yaddaşında yaşayır.
(Əlixan Məmmədov, tanınmış pedaqoq)

“Onun əsas məqsədi müstəqil Azərbaycanın təhsil sistemində yeni təlim texnologiyalarının tətbiqinə dəstək vermək, müəllim-şagird münasibətlərinin sağlam əsaslar üzərində qurulmasına nail olmaq, valideyn-müəllim-şagird ünsiyyətinin düzgün istiqamətdə inkişafına xidmət etmək idi.”
(Niyaz Süleymanov, tanınmış pedaqoq)

1988-ci ildə Araz müəllim maarif müdirliyindəki vəzifəsindən uzaqlaşdı. 1989-cu ildə isə şəhərin 16 nömrəli məktəbinə direktor təyin olundu və fəaliyyətini burada davam etdirdi. Bu dövr ölkədə siyasi gərginliyin artdığı, iqtisadi çətinliklərin yaşandığı, erməni təxribatlarının qədim Azərbaycan torpaqlarına qarşı yönəldiyi mürəkkəb illərə təsadüf edirdi. Belə bir dövrdə məktəbə rəhbərlik etmək və təhsil ocağını qabaqcıl məktəblər sırasına çıxarmaq asan deyildi. Lakin Araz müəllimin peşəsinə olan sonsuz sevgisi, gələcək kadrların yetişməsinə verdiyi böyük önəm və fədakarlığı bütün çətinliklərin öhdəsindən gəlməyə imkan verdi.

Onun ictimai nüfuzu və şəxsi əlaqələri heç vaxt şəxsi maraqlara deyil, məktəbin inkişafına xidmət edirdi. Məktəb təmir olundu, texniki təminat gücləndirildi, tədrisin keyfiyyəti yüksəldi və uğur göstəriciləri xeyli artdı.

“Həmişə Araz müəllimin dəyərli məsləhətlərinə qulaq asmışam və bunun faydasını görmüşəm. O, böyük vəzifələrdə çalışsa da, müəllimlik peşəsinə daim sadiq qalmışdı. Onun dərs dediyi 9-10-cu siniflərdə açıq dərslərdə iştirak etmişəm. Bir müəllim və məktəb direktoru kimi qabaqcıl iş təcrübəsi öyrənilmiş və şəhər üzrə yayılması qərara alınmışdı. Maarif şöbəsində rəhbər işlədiyi vaxtlarda bir çox gənc müəllimin işlə təmin olunmasına, ailə qurmuş müəllimlərin mənzil məsələsinin həllinə də kömək göstərmişdi.”
(Hilal Əliyev, tanınmış pedaqoq)

2005-ci il mayın 9-da həyatını təhsilə və maarifçilik missiyasına həsr etmiş bir ziyalının ürəyi dayandı. Araz İsmayılov cəmi 64 il ömür sürsə də, bu ömrü mənalı və faydalı yaşadı. Onun ürəyi daim milli məfkurə, xalqın təhsil strategiyası və parlaq gələcək naminə döyünürdü. Hər bir şagirdinin uğuru onu sevindirir, gözlərində qürur və sevinc yaradırdı. Araz müəllim arxasında silinməz iz qoyub getdi – sinif otaqlarında, təhsil ocaqlarında və yetişdirdiyi yüzlərlə şagirdin fəaliyyətində. Bu gün onun idealları və maarifçilik ruhu həm doğma el-obasında, həm də yetişdirmələrinin uğurlarında yaşayır.

Gündəm24.az

Oxşarxəbərlər

Avropada şok iddia: NATO ABŞ təhdidləri səbəbilə dağılır?
Dünya

Avropada şok iddia: NATO ABŞ təhdidləri səbəbilə dağılır?

02/04/2026 09:38
70
Azərbaycanda qeyri-iş günləri artır – 52 gün…
CƏMİYYƏT

Azərbaycanda qeyri-iş günləri artır – 52 gün…

02/04/2026 09:16
66
Rusiyadan Avropaya çağırış: Dmitriyev Aİ və Britaniyaya “Rusiya neftinə qayıdın” dedi
Dünya

Rusiyadan Avropaya çağırış: Dmitriyev Aİ və Britaniyaya “Rusiya neftinə qayıdın” dedi

02/04/2026 09:06
61
Bakıda hava yenidən dəyişir
CƏMİYYƏT

Bakıda hava yenidən dəyişir

02/04/2026 08:21
75
İranla müharibəyə görə buna daha çox pul ödəyəcəksiniz – Əhalinin nəzərinə
CƏMİYYƏT

İranla müharibəyə görə buna daha çox pul ödəyəcəksiniz – Əhalinin nəzərinə

02/04/2026 08:03
62
Dünyanın gözlədiyi xəbər: Münaqişədən sonra Hörmüz boğazı yenidən açılır
Dünya

Dünyanın gözlədiyi xəbər: Münaqişədən sonra Hörmüz boğazı yenidən açılır

02/04/2026 06:56
73

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Ukrayna bu ölkəyə HÜCUM ETDİ

Ukrayna bu ölkəyə HÜCUM ETDİ

02/04/2026 09:52
50
Avropada şok iddia: NATO ABŞ təhdidləri səbəbilə dağılır?

Avropada şok iddia: NATO ABŞ təhdidləri səbəbilə dağılır?

02/04/2026 09:38
70
Azərbaycanda qeyri-iş günləri artır – 52 gün…

Azərbaycanda qeyri-iş günləri artır – 52 gün…

02/04/2026 09:16
66
7.4 bal gücündə ZƏLZƏLƏ- Bu ölkədə

7.4 bal gücündə ZƏLZƏLƏ- Bu ölkədə

02/04/2026 09:12
73

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Avropada şok iddia: NATO ABŞ təhdidləri səbəbilə dağılır?

Avropada şok iddia: NATO ABŞ təhdidləri səbəbilə dağılır?

02/04/2026 09:38
70

Rusiyadan Avropaya çağırış: Dmitriyev Aİ və Britaniyaya “Rusiya neftinə qayıdın” dedi

Rusiyadan Avropaya çağırış: Dmitriyev Aİ və Britaniyaya “Rusiya neftinə qayıdın” dedi

02/04/2026 09:06
61

Dünyanın gözlədiyi xəbər: Münaqişədən sonra Hörmüz boğazı yenidən açılır

Dünyanın gözlədiyi xəbər: Münaqişədən sonra Hörmüz boğazı yenidən açılır

02/04/2026 06:56
73

Trampdan sərt xəbərdarlıq: “İran razılaşmanı rədd etsə, neft infrastrukturu məhv ediləcək”

Trampdan sərt xəbərdarlıq: “İran razılaşmanı rədd etsə, neft infrastrukturu məhv ediləcək”

02/04/2026 06:52
55

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.