BMT Təhlükəsizlik Şurasının hazırkı sədri Somali ABŞ-ın İrandakı vəziyyəti müzakirə etmək üçün təcili iclas çağırdığını bildirib .
Gündəm24.az xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının hazırkı sədri Somali ABŞ-ın İrandakı vəziyyəti müzakirə etmək üçün təcili iclas çağırdığını bildirib. Somali Daimi Nümayəndəliyindən verilən açıqlamada ABŞ-ın təcili iclas tələb etdiyi təsdiqlənib və Sədrliyin “Yaxın Şərqdəki vəziyyət” maddəsi çərçivəsində İrandakı durumun müzakirə olunacağını bildirilir.
ABŞ Prezidenti Donald Tramp 12 yanvar tarixində Yaxın Şərqdəki bazalara və kommersiya obyektlərinə hücum ediləcəyi təqdirdə İranın qisas alacağı ilə hədələyib. Daha əvvəl Tramp bildirib ki, İrandakı etirazçılara atəş açılacağı təqdirdə ABŞ müdaxilə etməyə hazırdır. Bu hadisələrdən sonra Tehran 15 yanvar səhəri hava məkanını müvəqqəti olaraq bağlayıb, lakin bir neçə saat sonra qərarını ləğv edib.
İranda etiraz dalğası dekabrın sonunda Tehranda yerli valyutanın xarici valyutaya qarşı kəskin devalvasiyası ilə başlayıb və ölkənin bir çox şəhərinə yayılıb. 8 yanvarda, 1979-cu ildə devrilmiş şahın oğlu Rza Pəhləvinin çağırışlarından sonra nümayişlər yenidən şiddətlənib və həmin gün ölkə daxilində internet bağlantısı kəsilib.
Bir çox şəhərdə etirazlar təhlükəsizlik qüvvələri ilə toqquşmalara çevrilib, siyasi sistemə qarşı şüarlar səsləndirilib və həm etirazçılar, həm də təhlükəsizlik qüvvələri arasında itkilər olub. İran hökuməti hadisələrin arxasında ABŞ və İsrailin dayandığını iddia edib və 12 yanvarda vəziyyətin nəzarət altında olduğunu elan edib.
Sədaqət Həsənova













