Bazar ertəsi, Sentyabr 21, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Qohum nikahı qadağası ilə bağlı iddia — Açıqlama

18/09/2026 22:44
CƏMİYYƏT, Manşet
813 17
Qohum nikahı qadağası ilə bağlı iddia — Açıqlama
687
Paylaşım sayı
954
Baxış sayı

Qohum evliliklərinin qarşısının alınması ilə bağlı yeni qaydaların tətbiqindən sonra regionlarda bu tələbdən yayınmaq üçün müxtəlif üsullara əl atıldığı bildirilir. İddialara görə, bəzi şəxslər qohumları ilə nikaha daxil ola bilmək üçün valideynləri ilə bağlı rəsmi imtina prosedurlarından istifadə etməyə çalışırlar.

Qohum nikahına qoyulan məhdudiyyətdən yayınmaq üçün valideyndən rəsmi imtina etmək hüquqi baxımdan mümkündürmü? Belə imtina nikaha icazə verilməsi üçün əsas sayıla bilərmi?

Vəkil Vüsalə Muradxanlı Demokrat.az-a açıqlamasında bildirib ki, son dövrlərdə qohum nikahlarına qoyulan yeni məhdudiyyətlərin tətbiqindən sonra bəzi şəxslərin bu qadağadan yayınmaq üçün valideynlərindən guya “rəsmi imtina etməyə” çalışdıqları barədə məlumatlar yayılır. Hüquqi baxımdan belə bir üsulla qohum nikahına qoyulmuş məhdudiyyəti aradan qaldırmaq mümkün deyil:

“İlk növbədə qeyd etmək lazımdır ki, Azərbaycan qanunvericiliyində yetkin şəxsin sadəcə ərizə verməklə öz bioloji atasından və ya anasından “imtina etməsi” və bunun nəticəsində bioloji qohumluğun aradan qalxması kimi ümumi hüquqi prosedur mövcud deyil. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 11.2-ci maddəsinə əsasən, Məcəllənin 12-ci maddəsində göstərilən hallarda nikah bağlana bilməz. Hazırda Ailə Məcəlləsinin 12.0.2-1-ci maddəsinə əsasən, qardaşların və ya bacıların ümumi bioloji baba və ya nənəsi olan uşaqları arasında nikahın bağlanmasına yol verilmir. Başqa sözlə, əmi, dayı, bibi və xala uşaqları arasında nikah qanunvericiliklə qadağan edilib. Eyni zamanda, Məcəllənin 12.0.2-2-ci maddəsi bioloji qohumluğu olan əmi və ya dayı ilə qardaş və ya bacı qızı, eləcə də bibi və ya xala ilə qardaş və ya bacı oğlu arasında nikahın bağlanmasına yol vermir. Burada qanunvericinin məhz bioloji qohumluq meyarından istifadə etməsi çox mühüm hüquqi məqamdır. Qadağanın tətbiqi şəxsin valideyni ilə münasibət saxlayıb-saxlamamasından, onunla birlikdə yaşayıb-yaşamamasından və ya özünü həmin ailənin üzvü hesab edib-etməməsindən asılı deyil. Hüquqi baxımdan müəyyənedici məsələ bioloji qohumluğun mövcudluğudur. Bu səbəbdən şəxsin valideyni ilə münasibətlərini kəsməsi, ayrı yaşaması, soyadını dəyişdirməsi və yaxud hər hansı sənəddə valideyndən “imtina etdiyini” bildirməsi onun bioloji mənşəyini dəyişmir. Müvafiq olaraq, belə hərəkətlər Ailə Məcəlləsinin 12-ci maddəsində müəyyən edilmiş nikah maneəsini də aradan qaldıra bilməz”.

Vəkil qeyd edib ki, bəzən bu məsələ valideynlik hüquqlarından məhrumetmə institutu ilə də qarışdırılır:

“Lakin bunlar tamamilə fərqli hüquqi məsələlərdir. Valideynlik hüquqlarından məhrumetmə qanunda nəzərdə tutulmuş əsaslar olduqda valideyn barəsində tətbiq edilən xüsusi hüquqi tədbirdir. Bu, uşağın bioloji mənşəyini dəyişmir və qan qohumluğunu aradan qaldırmır. Buna görə də həmin mexanizmdən qohum nikahına qoyulmuş qadağanı keçmək üçün istifadə etmək mümkün deyil. Mən bu məsələnin hüquqi-tarixi tərəfinə də diqqət çəkmək istərdim. Hesab edirəm ki, uzun illər bizim Ailə Məcəlləmizdə əmi, dayı, bibi və xala uşaqları arasında nikahın ayrıca qadağan edilməməsi sovet hüquq sistemindən miras qalmış yanaşmanın müəyyən mənada davamı idi. Maraqlıdır ki, Rusiya Federasiyasının ailə qanunvericiliyində bu yanaşma bu gün də qalmaqdadır. Rusiya Federasiyası Ailə Məcəlləsinin 14-cü maddəsi nikahı düz xətt üzrə yaxın qohumlar – valideyn və uşaqlar, baba-nənə və nəvələr, eləcə də tam və natamam qardaş-bacılar arasında qadağan edir. Lakin birinci kuzenlər – əmi, dayı, bibi və xala uşaqları həmin qadağanın əhatəsinə daxil edilməyib. Azərbaycan isə artıq bu məsələdə öz hüquqi yanaşmasını dəyişib. Mən bunu həm də ona görə əhəmiyyətli hesab edirəm ki, yaxın qohumlar arasında nikah məsələsi bizim cəmiyyətin ailə münasibətləri, milli-mənəvi yanaşmaları və ictimai həssaslığı baxımından da xüsusi xarakter daşıyır. Bu baxımdan əvvəlki hüquqi tənzimləmənin bizim cəmiyyətin ailə münasibətlərinə və mentalitetinə tam uyğun olduğunu söyləmək çətin idi. Yeni dəyişikliklə Azərbaycan ailə qanunvericiliyi bu məsələdə əvvəlki modeldən uzaqlaşaraq konkret bioloji qohumluq dərəcələrini birbaşa nikaha mane olan hallar sırasına daxil edib. Bu, sadəcə terminoloji dəyişiklik deyil. Qanun artıq konkret olaraq bioloji qohumluğa hüquqi nəticə bağlayır”.

Vüsalə Muradxanlı əlavə edib ki, yeni qaydalardan sonra valideyndən “rəsmi imtina” etməklə qohumluq əlaqəsini kağız üzərində aradan qaldırmağın və bununla nikaha icazə almağın mümkün olduğu barədə fikirlər hüquqi əsasa malik deyil:

“Şəxs, məsələn, atasından imtina etməklə atasının qardaşının və ya bacısının uşağı ilə olan bioloji qohumluğunu aradan qaldıra bilməz. Eyni qayda ana xətti üzrə qohumluğa da aiddir. Qanun burada ailədaxili münasibəti deyil, bioloji mənşəni əsas götürür. Hətta şəxsin soyadını dəyişməsi də bu baxımdan heç bir hüquqi nəticə yaratmır. Soyad şəxsin fərdiləşdirilməsi vasitəsidir; onun dəyişdirilməsi insanın genetik və bioloji qohumluq əlaqələrini dəyişdirmir. Bu səbəbdən qohum nikahına qoyulmuş qanuni məhdudiyyətdən yayınmaq məqsədilə valideyndən “imtina” edilməsi nə qohumluğu aradan qaldırır, nə də nikahın dövlət qeydiyyatına alınması üçün hüquqi əsas yaradır. Əgər nikaha daxil olmaq istəyən şəxslər Ailə Məcəlləsinin 12.0.2-1 və ya 12.0.2-2-ci maddələrində göstərilən bioloji qohumluq münasibətindədirlərsə, onların valideynləri ilə hüquqi və ya faktiki münasibətlərində baş verən dəyişiklik bu nikah maneəsini aradan qaldırmır. Ona görə də regionlarda və sosial şəbəkələrdə belə bir “hüquqi çıxış yolu”nun olduğu barədə yayılan məlumatlara ehtiyatla yanaşmaq lazımdır. Valideyndən rəsmi imtina etməklə bioloji qohumluğu dəyişmək və bunun əsasında qohum nikahına icazə almaq mümkün deyil. Qanunun mahiyyəti də məhz bundan ibarətdir: müəyyən edilmiş bioloji qohumluq mövcuddursa, tərəflərin öz iradələri ilə həmin qohumluğu formal şəkildə dəyişdirərək nikah qadağasını aradan qaldırmaları mümkün deyil”.

Oxşarxəbərlər

Tacir Şahmalıoğlunun ailəsindən paylaşım: “O dünyaya…”
Manşet

Tacir Şahmalıoğlunun ailəsindən paylaşım: “O dünyaya…”

21/09/2026 00:31
956
İndicə Trampla danışdım: çox vacib söhbət oldu – Zelenski
Manşet

İndicə Trampla danışdım: çox vacib söhbət oldu – Zelenski

21/09/2026 00:29
954
Cahangir Əsgərovun qızları Londonda 6 milyona mənzil aldı-FOTO
Manşet

Cahangir Əsgərovun qızları Londonda 6 milyona mənzil aldı-FOTO

21/09/2026 00:27
956
“Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi
Manşet

“Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi

20/09/2026 23:02
956
Ərbil hava limanı PUA hücumu
Manşet

Ərbil hava limanı PUA hücumu

20/09/2026 21:33
959
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi
Manşet

Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi

20/09/2026 20:24
958

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Tacir Şahmalıoğlunun ailəsindən paylaşım: “O dünyaya…”

Tacir Şahmalıoğlunun ailəsindən paylaşım: “O dünyaya…”

21/09/2026 00:31
956
İndicə Trampla danışdım: çox vacib söhbət oldu – Zelenski

İndicə Trampla danışdım: çox vacib söhbət oldu – Zelenski

21/09/2026 00:29
954
Cahangir Əsgərovun qızları Londonda 6 milyona mənzil aldı-FOTO

Cahangir Əsgərovun qızları Londonda 6 milyona mənzil aldı-FOTO

21/09/2026 00:27
956
“Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi

“Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi

20/09/2026 23:02
956

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
959

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
960

Pəyhan: Qafanın qədim yurdu

Pəyhan: Qafanın qədim yurdu

17/09/2026 08:07
962

Cızıxlar kəndi: Ağbabanın unudulmayan qədim yurdu

Cızıxlar kəndi: Ağbabanın unudulmayan qədim yurdu

16/09/2026 07:29
963

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.