ABŞ prezidenti qeyd etdi ki, ABŞ-ın milli təhlükəsizliyi üçün Qrenlandiyaya ehtiyacı var.
Gündəm24.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bildirib ki, əgər Avropa ölkələri də daxil olmaqla, ABŞ-ın Qrenlandiya ilə bağlı planlarına qarşı çıxsalar, onların məhsullarına qarşı tariflər tətbiq edə bilər.
“Mən bunu Qrenlandiya üçün də edə bilərəm. Əgər ölkələr Qrenlandiya ilə razılaşmasalar, onlara tarif tətbiq edə bilərəm, çünki milli təhlükəsizlik üçün Qrenlandiyaya ehtiyacımız var. Ona görə də mən bunu edə bilərəm”, – deyə Tramp bildirib. ABŞ prezidenti özünü “Tarif Kralı” adlandırıb.
ABŞ lideri dəfələrlə Qrenlandiyanın ABŞ-ın bir hissəsinə çevrilməli olduğunu bildirib. Qrenlandiya hazırda muxtar ərazi kimi Danimarkanın bir hissəsidir.
Sədaqət Həsənova














