Şənbə, Aprel 4, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyində 31 Mart soyqırımı ilə bağlı tədbir keçirilib-FOTOLAR

31/03/2026 20:30
Manşet, Özəl, Qərbi Azərbaycan
61 1
Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyində 31 Mart soyqırımı ilə bağlı tədbir keçirilib-FOTOLAR
78
Baxış sayı

Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhər nümayəndəliyində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirilib.

Gündəm24.az xəbər verir ki, tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan torpaqlarının azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin, eləcə də 31 Mart soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhər nümayəndəliyinin sədri Ramiz İsmayılov 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı törədilən qətliamların xalqımızın tarixində ən ağır və faciəli səhifələrdən biri olduğunu bildirib. O qeyd edib ki, həmin hadisələr nəticəsində Bakı, Şamaxı, Quba, Qarabağ və digər bölgələrdə minlərlə günahsız azərbaycanlı amansızlıqla qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb. Ramiz İsmayılov bu hadisələrin tarixi həqiqətlərinin gənc nəsillərə çatdırılmasının və soyqırımının dünya ictimaiyyətinə tanıdılmasının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Tədbirdə daha sonra çıxış edən professor, filologiya elmləri namizədi Aslan Bayramov 31 Mart soyqırımının tarixi, səbəbləri və nəticələri barədə geniş məruzə ilə çıxış edib. O bildirib ki, 1918-ci ildə erməni silahlı dəstələri tərəfindən bolşevik qüvvələrinin dəstəyi ilə azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınlar törədilib. Bu hadisələr zamanı minlərlə dinc sakin qətlə yetirilib, kənd və şəhərlər dağıdılıb, mədəni və dini abidələr məhv edilib.

Aslan Bayramov qeyd edib ki, bu faciə təkcə bir günün hadisəsi deyil, uzun illər ərzində azərbaycanlılara qarşı həyata keçirilən planlı etnik təmizləmə və soyqırımı siyasətinin tərkib hissəsi olub. O, həmçinin bildirib ki, tariximizin bu qanlı səhifəsinin unudulmaması, gənc nəslə doğru şəkildə çatdırılması və beynəlxalq ictimaiyyətə təqdim olunması hər bir vətəndaşın və ziyalının mənəvi borcudur.

Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının idarə heyətinin üzvü Akif Şahbazov isə qeyd edib ki, 31 Mart faciəsi Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. O vurğulayıb ki, xalqımız tarix boyu üzləşdiyi bu cür faciələri unutmur və gələcək nəsillərin də bu həqiqətləri bilməsi üçün belə tədbirlərin keçirilməsi böyük əhəmiyyət daşıyır.

Tədbirin sonunda iştirakçılar soyqırımı qurbanlarının xatirəsini bir daha ehtiramla yad edərək onların ruhuna dualar oxuyublar.

Oxşarxəbərlər

Pezeşkianın Azərbaycan xalqına təşəkkür etməsi… – Prezident
Manşet

Pezeşkianın Azərbaycan xalqına təşəkkür etməsi… – Prezident

04/04/2026 09:08
55
Prezident bu şəxsləri təltif etdi – SƏRƏNCAM
Manşet

Prezident bu şəxsləri təltif etdi – SƏRƏNCAM

03/04/2026 16:16
64
SON DƏQİQƏ! Pezeşkian İlham Əliyevə ZƏNG ETDİ: Bakı və Tehran arasında mühüm danışıq
Manşet

SON DƏQİQƏ! Pezeşkian İlham Əliyevə ZƏNG ETDİ: Bakı və Tehran arasında mühüm danışıq

02/04/2026 20:29
67
Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyində görüş keçirilib-FOTOLAR
Manşet

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyində görüş keçirilib-FOTOLAR

02/04/2026 17:25
107
İlham Əliyev Qırğızıstana səfər edəcək
Manşet

İlham Əliyev Qırğızıstana səfər edəcək

02/04/2026 14:20
58
Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama
Manşet

Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

02/04/2026 14:09
59

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Bu meyvə sizi zəhərləyə bilər – Azərbaycan da TƏHLÜKƏDƏ?

Bu meyvə sizi zəhərləyə bilər – Azərbaycan da TƏHLÜKƏDƏ?

04/04/2026 12:55
51
Küləklə bağlı XƏBƏRDARLIQ: GÜCLƏNƏCƏK

Küləklə bağlı XƏBƏRDARLIQ: GÜCLƏNƏCƏK

04/04/2026 12:45
51
Ziya Məmmədov illər sonra toyda görüntüləndi – FOTO

Ziya Məmmədov illər sonra toyda görüntüləndi – FOTO

04/04/2026 12:43
50
Xamenei hardadır? – Hətta bir saat belə Rusiyada…

Xamenei hardadır? – Hətta bir saat belə Rusiyada…

04/04/2026 12:43
51

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyində görüş keçirilib-FOTOLAR

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyində görüş keçirilib-FOTOLAR

02/04/2026 17:25
107

Avropada şok iddia: NATO ABŞ təhdidləri səbəbilə dağılır?

Avropada şok iddia: NATO ABŞ təhdidləri səbəbilə dağılır?

02/04/2026 09:38
72

Rusiyadan Avropaya çağırış: Dmitriyev Aİ və Britaniyaya “Rusiya neftinə qayıdın” dedi

Rusiyadan Avropaya çağırış: Dmitriyev Aİ və Britaniyaya “Rusiya neftinə qayıdın” dedi

02/04/2026 09:06
63

Dünyanın gözlədiyi xəbər: Münaqişədən sonra Hörmüz boğazı yenidən açılır

Dünyanın gözlədiyi xəbər: Münaqişədən sonra Hörmüz boğazı yenidən açılır

02/04/2026 06:56
77

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In