Ticarət naziri Ömər Bolat Türkiyə-İran sərhədindəki gömrük məntəqələrində heç bir fövqəladə vəziyyətin olmadığını bildirərək əlavə etdi: “Hər üç gömrük məntəqəsində gündəlik sərnişin keçidləri qarşılıqlı olaraq dayandırılıb”.
Gündəm24.az xəbər verir ki, Anadolu Xəbər Agentliyinin məlumatına görə, Ticarət naziri Ömər Bolat sosial media paylaşımında bildirib ki, Türkiyə-İran sərhədindəki Ağrı-Gürbulak, Van-Kapıköy və Hakkari-Esendere sərhəd keçid məntəqələrində fövqəladə vəziyyət yoxdur və kommersiya yük keçidləri nəzarət altında davam edir. Hər iki tərəfdən gündəlik sərnişin keçidləri dayandırılıb, lakin İran vətəndaşlarının Türkiyə üzərindən ölkəyə daxil olması və Türk vətəndaşlarının İrandan geri dönməsi təmin edilir. Bolat əlavə edib ki, gömrük təşkilatı anbaan vəziyyəti izləyir, bütün müvafiq dövlət qurumları koordinasiyada çalışır, əlavə tədbirlər və fəaliyyət planları yenilənir və sərhəd keçid xidmətlərinin təhlükəsiz, nizamlı və fasiləsiz işləməsi təmin olunub.
Sədaqət Həsənova













