Bazar, Aprel 26, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

“Region üçün əsas hədəf…” – Azərbaycan və Ermənistan rəsmilərindən diqqətçəkən açıqlamalar

09/12/2025 21:26
Gündəm, Manşet
54 3
“Region üçün əsas hədəf…” – Azərbaycan və Ermənistan rəsmilərindən diqqətçəkən açıqlamalar
72
Baxış sayı

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla birlikdə ilk dəfə “Euronews” telekanalına müsahibə veriblər.

Gündəm24.az “Operativ Məlumat Mərkəzi”nə istinadla xəbər verir ki, Azərbaycan və Ermənistan rəsmiləri Dohada “Euronews”a verdikləri ilk birgə eksklüziv müsahibədə sülh prosesinin necə başlandığını və iki ölkəni gözləyən birgə gələcək perspektivlərini açıqlayıblar.

Tərəflər onilliklər davam edən münaqişədən sonra Cənubi Qafqazın tamamilə yeni siyasi-iqtisadi mərhələyə qədəm qoyduğunu bildiriblər.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan müsahibədə deyiblər ki, danışıqlar 2020-ci ildə – son hərbi toqquşmalardan dərhal sonra, Avropa İttifaqının dəstəyi ilə başlayıb və bu proses ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə edilən tarixi sülh razılaşması ilə nəticələnib.

Hikmət Hacıyev bildirib ki, Brüsseldə keçirilən görüşlərdən sonra tərəflər “mövcud fikir ayrılıqlarını kənara qoyaraq” sülhə doğru irəliləmək barədə qərar veriblər.

İlk dəfə bir studiyada yanaşı oturan Armen Qriqoryan isə vurğulayıb ki, hər iki ölkənin rəhbərlikləri “regiona davamlı sülh və sabitlik gətirmək üçün institusional mexanizmlər hazırlamağa” çalışıblar.

"Region üçün əsas hədəf…" – Azərbaycan və Ermənistan rəsmilərindən diqqətçəkən açıqlamalar

Ermənistan rəsmisi bildirib ki, uzun illər davam edən münaqişə səbəbindən tərəflər arasında etimadın formalaşması çətin idi, lakin proses addım-addım irəliləyir:

“Bu, divara vurulan hər yeni etimad kərpici kimidir. Uğur böyükdür və biz bunu qeyd edirik”.

Azərbaycan rəsmisi də sülh prosesini “qlobal münaqişələr fonunda uğur hekayəsi” adlandırıb və qeyd edib ki, artıq tərəflər “real sülh şəraitində regionun iqtisadi genişlənməsi” üzərində işləyirlər.

Armen Qriqoryan əlavə edib ki, regional iqtisadi layihələrin həyata keçirilməsi qarşılıqlı asılılığı artıracaq və həm sülhü, həm də rifahı möhkəmləndirəcək:

“Biz məhz bu istiqamətdə irəliləyirik və bunun ən real sübutu Hacıyevlə Dohada eyni studiyada oturmağımızdır”.

Hər iki tərəf sülhün “geri dönməz” xarakter daşıdığını, bunun gələcək nəsillər üçün strateji hədəf olduğunu vurğulayıb. Razılaşmanın əsas elementlərindən biri “Vaşinqtonda əldə edilən böyük, tarixi razılaşma” kimi təqdim olunan “TRIPP – Trump Route for International Peace and Prosperity” layihəsidir.

Hikmət Hacıyev bildirib ki, bu layihə Avrasiyanın nəqliyyat xəritəsini tamamilə dəyişəcək. Qriqoryanın sözlərinə görə, Ermənistan və ABŞ hazırda layihənin texniki detallarını intensiv müzakirə edir.

Müsahibənin sonunda hər iki rəsmisi vurğulayıb ki, müharibə artıq keçmişdə qalıb və region üçün əsas hədəf – Ermənistan ilə Azərbaycanın birgə, sülh dolu gələcəyidir. Tərəflər bildiriblər ki, qarşılıqlı etimadın möhkəmləndirilməsi və iqtisadi əməkdaşlıq Cənubi Qafqazda yeni dövrün başlanğıcını qoyur.

Oxşarxəbərlər

Prezident Ağ Evdəki atışma ilə bağlı paylaşım etdi
Manşet

Prezident Ağ Evdəki atışma ilə bağlı paylaşım etdi

26/04/2026 10:49
73
Polkovnikdən TƏBİB sədrinə ŞOK SÖZLƏR – “Bunu təhqir hesab edirəm”
Gündəm

Polkovnikdən TƏBİB sədrinə ŞOK SÖZLƏR – “Bunu təhqir hesab edirəm”

25/04/2026 15:35
59
Zelenski Azərbaycandadır – Prezident Qəbələdə qarşıladı – Fotolar
Manşet

Zelenski Azərbaycandadır – Prezident Qəbələdə qarşıladı – Fotolar

25/04/2026 12:08
56
Baş nazir yeni əmr imzaladı
Manşet

Baş nazir yeni əmr imzaladı

24/04/2026 16:06
54
Əli Əsədov əmr imzaladı
Manşet

Əli Əsədov əmr imzaladı

24/04/2026 15:59
56
İlham Əliyev fərman imzaladı
Manşet

İlham Əliyev fərman imzaladı

24/04/2026 13:50
57

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Zaur Kamalın efirinə icazə verilmədi

Zaur Kamalın efirinə icazə verilmədi

26/04/2026 11:21
56
Rusiyaya HÜCUM: Güclü yanğın BAŞ VERİB – GÖRÜNTÜLƏR

Rusiyaya HÜCUM: Güclü yanğın BAŞ VERİB – GÖRÜNTÜLƏR

26/04/2026 11:10
66
Evi olanların nəzərinə: Cərimələnə bilərsiniz

Evi olanların nəzərinə: Cərimələnə bilərsiniz

26/04/2026 10:58
65
Prezident Ağ Evdəki atışma ilə bağlı paylaşım etdi

Prezident Ağ Evdəki atışma ilə bağlı paylaşım etdi

26/04/2026 10:49
73

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Təcili: Danimarkada dəmir yolu faciəsi – yaralıların sayı artır

Təcili: Danimarkada dəmir yolu faciəsi – yaralıların sayı artır

23/04/2026 09:30
78

Təcili: Hörmüzdə gərginlik pik həddə – tankerlər geri dönür

Təcili: Hörmüzdə gərginlik pik həddə – tankerlər geri dönür

23/04/2026 09:19
67

Hörmüz boğazında GƏRGİNLİK: konteyner gəmisinə hücum

Hörmüz boğazında GƏRGİNLİK: konteyner gəmisinə hücum

22/04/2026 10:24
78

SAKİNLƏR TƏHLÜKƏDƏ: dron zərbəsi ciddi fəsadlar yaratdı

SAKİNLƏR TƏHLÜKƏDƏ: dron zərbəsi ciddi fəsadlar yaratdı

22/04/2026 07:13
68

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.