İsrail və ABŞ-ın İrana hücumları ilə başlayan münaqişə, İranın qisası və Hizbullahın iştirakı ilə regional böhrana çevrildi. ABŞ bazalarının hədəfə alınması Yaxın Şərqdə gərginliyi artırdı, artan hücumlar isə hava nəqliyyatını pozdu. Türkiyə də daxil olmaqla bir çox ölkə bölgədə qalan vətəndaşları üçün təxliyə planları hazırlayır.
Gündəm24.az xəbər verir ki, Yaxın Şərqdə İsrail və ABŞ-ın İrana hücumundan sonra başlayan qarşıdurmalar, İranın cavabı və Hizbullahın iştirakı ilə regional böhrana çevrilib. İraq, Qətər, BƏƏ, Küveyt və Bəhreynə yönələn hücumlar hava nəqliyyatında ciddi pozuntular yaradıb, Dubay Beynəlxalq Hava Limanı və Əbu-Dabi, Doha kimi böyük şəhərlərdə partlayışlar qeydə alınıb. Bölgədə uçuşlar müvəqqəti dayandırılıb və qonşu ölkələr də hava məkanlarını bağlayıb.

Türkiyə, Tayland, Pakistan, Hindistan və digər ölkələr öz vətəndaşlarının təhlükəsiz geri qayıdışı üçün təcili təxliyə planları hazırlayır. Fənərbaxça və Türkiyə Tennis Federasiyası bölgədə qalan idmançıların təhlükəsiz şəkildə ölkəyə qaytarılması üçün dövlət orqanları və yerli qurumlarla koordinasiyalı şəkildə fəaliyyət göstərir. Təxliyələr yalnız region sərhədlərini deyil, qlobal miqrant işçi və turist axınını da əhatə edir, milyonlarla vətəndaşın təhlükəsizliyi prioritetə çevrilib.
Sədaqət Həsənova













