Rusiya tərəfi Kşiştof Krayevskiyə “Kiyev rejiminin ittihamlarının absurd olduğunu” bir daha vurğuladı.
Gündəm24.az xəbər verir ki, Polşanın Moskvadakı səfiri Kşiştof Krayevski Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və orada rusiyalı arxeoloq Aleksandr Butyaginin saxlanılmasına etiraz bildirilib.
Nazirliyin açıqlamasına görə, Butyaginin 2025-ci ilin dekabrında Kiyevin xahişi ilə Varşavada saxlanılması əsassızdır və onun fəaliyyəti Krımın Mirmekion arxeoloji ekspedisiyası çərçivəsində tamamilə elmi xarakter daşıyır.
Rusiya tərəfi Polşadan arxeoloqu dərhal azad etməyi tələb edib və onu Kiyev rejiminin cəza maşınına təhvil verməkdən imtina etməsini vurğulayıb. Nazirlik bildirib ki, saxlanma heç bir ədalət prinsipi ilə əlaqəli deyil və Ukraynanın ittihamları açıq şəkildə siyasiləşdirilmiş və spekulyativ xarakter daşıyır.
Diplomatlar həmçinin qeyd ediblər ki, Butyagin Varşavada saxlanmadan əvvəl bir neçə Avropa ölkəsinə sərbəst səfər edib və Ukrayna tərəfindən təqibi İnterpol vasitəsilə həyata keçirilməyib.
Sədaqət Həsənova














