Vasili Nebenzya xatırladıb ki, “bu ilin əvvəlində İranı “ləyaqətsizləşdirmək” kampaniyası yenilənmiş güclə davam edib və ölkədəki etirazlarla bağlı eyhamlardan istifadə edilib”.
Gündəm24.az xəbər verir ki, TASS Agentliyinin məlumatına görə, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib ki, İrana qarşı hər hansı hərbi əməliyyat bütün region üçün təhlükəli nəticələrə səbəb ola bilər. O, ABŞ və müttəfiqlərinə daha konstruktiv davranmağa çağıraraq, hərbi həllərin qəbuledilməz və region üçün riskli olduğunu vurğulayıb. Nebenzya qeyd edib ki, 15 yanvarda Təhlükəsizlik Şurasının iclasında Qərb nümayəndələri yalnız Tehrana qarşı ittihamlarla çıxış etsələr də, Rusiya və digər konstruktiv tərəflər müzakirəni beynəlxalq sülh və təhlükəsizliyi təmin edən məsələlərə yönəldiblər.
Sədaqət Həsənova
© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.