NATO-nun Dəniz Komandanlığı Fransa sahillərində Rusiya sualtı qayığının qeydə alındığını açıqlayıb.
Gündəm24.az xəbər verir ki, Qərb mediasının məlumatına görə, qayıq yanacaq sistemindəki nasazlığa görə fövqəladə səthə çıxış edib, yanacaq birbaşa anbara sızıb.
Rusiya Qara Dəniz Donanması isə nasazlıq barədə məlumatları təkzib edib.
Bildirilib ki, La-Manş boğazında səth rejimində hərəkət beynəlxalq qaydalara əsasən planlaşdırılmış şəkildə həyata keçirilib.
Elay RZAZADƏ,
Gündəm24.az














