Sabah Azərbaycanda hava necə olacaq?
Sentyabrın 26-da gözlənilən hava şəraiti açıqlanıb.
Gündəm 24.az xəbər verirki,bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumat verilib.
Bakıda və Abşeron yarımadasında hava necə olacaq?
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.














