İspaniyanın Baş naziri Pedro Sançez İspaniyanın İsrail hücumlarının hədəfində olan Livanı tam dəstəklədiyini açıqladı. Sançez Livan prezidenti Cozef Aun ilə danışdığını və humanitar yardımın davam edəcəyini söylədi.
Gündəm24.az xəbər verir ki,“Xarici xəbər agentliyinin verdiyi məlumata görə…” İspaniyanın Baş naziri Pedro Sançez İsrailin hücumlarına məruz qalan Livana dəstək mesajı göndərib. O, sosial mediada Livan Prezidenti Cozef Aun ilə danışdığını açıqlayaraq, xüsusilə Beyrutda yaranmış “ciddi vəziyyətin” müzakirə olunduğunu bildirib.
Sançez vurğulayıb ki, Livan xalqı minlərlə məcburi köçkün üçün İspaniyanın tam dəstəyinə və humanitar yardımlarına arxalana bilər. O, həmçinin gərginliyin artmasının dayandırılmasını, yeni dağıntıların olmamasını və müharibəyə yol verilməməsini istəyib.
Sədaqət Həsənova














