Tarixi Qarakilsə-Cənubi Qafqazın etnik coğrafi tarixində mühüm yer tutan, əsrlər boyu İrəvan və Zəngəzur bölgələrində azərbaycanlıların kompakt yaşamış olduğu ərazilərdən biri olmuşdur. Qarakilsə adı müxtəlif bölgələrdə eyni mənşədən – qara daşlı, qara rəngli qədim türk məbədlərindən qaynaqlanır və bu adlar bölgənin türk-müsəlman irsinin mühüm göstəricisi kimi tarixdə iz qoyub. Tarixən Qarakilsə mahalı, Kiçik Qarakilsə və Böyük Qarakilsə kəndləri 1828-ci ilə qədər azərbaycanlıların yaşadığı yaşayış yerləri olmuşdur.
1828–1830-cu illərdə Rusiya tərəfindən Qars və Ələşkirt bölgələrindən ermənilərin köçürülməsi nəticəsində kəndlərin etnik tərkibi süni şəkildə dəyişdirilmiş, azərbaycanlı əhali isə öz tarixi yurdlarından sıxışdırılıb çıxarılmışdır. Hər iki kəndin adı sonradan Ermənistan tərəfindən dəyişdirilərək 1995-ci ildə başqa adlarla adlandırılmışdır.Qarakilsə dəyişdirilərək indiki Sisian olmuşdur.
1831–1914-cü illərdə burada azərbaycanlı əhali 63 nəfərdən 866 nəfərə qədər artmış, lakin 1918-ci ildə erməni silahlı birləşmələrinin hücumları nəticəsində kənddə kütləvi qırğınlar baş vermişdir. Sağ qalan azsaylı azərbaycanlılar 1921-ci ildən sonra tam şəkildə deportasiya olunmuşdur. Qarakilsə toponimlərinin sistemli şəkildə silinməsi Borçalı qəzasındakı Böyük və Kiçik Qarakilsə, eləcə də “Türk Qarakilsəsi” adlanan kəndlər XIX əsrə qədər azərbaycanlıların məskəni olmuş, lakin erməni quldur dəstələrinin hücumları ilə əhali zorla qovulmuş, kəndlər dağıdılmış, adlar isə sovet və Ermənistan hakimiyyəti dövründə ardıcıl olaraq dəyişdirilmişdir.
Ağkilsə, Qızılkilsə, Yuxarı Kilsə və digər adlar dəyişdirilərək erməni mənşəli adlarla əvəzlənmişdir. Zəngəzur və Göyçə boyunca məhv edilən azərbaycanlı kəndləri Müsəlləm, Gorus, Boznəli, Bəybalı, Bazarkənd (Qorayk), Baharlı, Urud, Tulus, Şıxlar, Şinatağ, Aşağı və Yuxarı Axtala, Uzunlar, Şamlıq, Yağdan, İlməzli və onlarla digər kəndlər XX əsr boyunca mərhələli şəkildə boşaldılmış, əhalisi 1918-ci il qırğınları, 1948–1953-cü illər deportasiyası və 1988-ci ilin etnik təmizləmələri ilə tamamilə məhv edilmişdir.
Etnik təmizləmə siyasətinin nəticəsində, bu gün Ermənistan ərazisində Qarakilsə toponimi ilə bağlı olan bütün kəndlər:
– dağıdılmış,
– adları dəyişdirilmiş və
– azərbaycanlılar tamamilə deportasiya edilmişdir.
Azərbaycanlıların yüz illərlə yaşadığı bu ərazilər hazırda monoetnik erməni məskənlərinə çevrilmişdir. Qarakilsə adı yalnız bir kəndi, mahal deyil, bütöv bir bölgənin məqsədli şəkildə silinmiş türk-müsəlman irsini ifadə edir. Bu toponimlərin hər biri Azərbaycan xalqının tarixi yaddaşının, bölgədəki qədim etnik köklərinin və məhv edilmiş mədəni irsinin mühüm bir parçasıdır. Qərbi Azərbaycanın qədim Qarakilsə mahalı ermənilərin sistemli şəkildə həyata keçirdikləri etnik təmizləmə, tarixi abidələrin məhv edilməsi və yaşayış məntəqələrinin dağıdılması siyasətinin ən acı nümunələrindən biridir. Onlar bölgədəki qədim Azərbaycan məscidlərini, qəbiristanlıqlarını, yüzillik abidələri ya yerlə-yeksan edib, ya da saxtalaşdıraraq öz adlarına çıxmağa çalışıblar.
Qarakilsə ətrafında törədilən vandallıq və zorakılıqlar təkcə tarixi mirasımıza deyil, həm də həmin torpaqlarda əsrlər boyu yaşamış azərbaycanlıların taleyinə vurulmuş ağır zərbədir. Bu törədilənlər Qərbi Azərbaycanın hər qarışında erməni işğalçılıq siyasətinin izlərini göstərən faktlardır.
Qərbi Azərbaycan İcması Sumqayıt Nümayəndəliyi
Ramiz İsmayılov














