Robert Fikonun sözlərinə görə, Rusiyaya qarşı düşmənçilik hazırda Aİ-nin xarici siyasətində üstünlük təşkil edir.
Gündəm24.az xəbər verir ki, Slovakiyanın Baş naziri Robert Fiko Avropa Birliyinin Rusiyaya qarşı düşmənçilik yanaşmasını bir daha tənqid edib. O, Aİ-nin bu siyasətlə “uçurumun kənarına qədər gedə biləcəyini” bildirib.
Fiko Facebook-da paylaşdığı açıqlamada qeyd edib ki, təsdiqlənmiş hərbi kreditlər daxil olmaqla Aİ-nin Ukraynaya Rusiyaya qarşı müharibədə göstərdiyi dəstək 280 milyard avroya (327 milyard dollar) çatıb. Onun sözlərinə görə, sanksiya paketləri, Rusiya aktivlərinin dondurulması və Brüsselin davam edən addımları Aİ-nin açıq şəkildə Rusiyaya qarşı düşmənçilik mövqeyi tutduğunu göstərir.
“Brüssel rəsmilərinin Rusiyaya qarşı düşmənçilik adı altında ağlında daha nə olduğunu bilmirəm. Onlar aydan düşməyiblər, konkret ölkələri təmsil edirlər”, – deyə Slovakiya baş naziri vurğulayıb.
Fikonun fikrincə, hazırda Rusiyaya qarşı düşmənçilik Aİ-nin xarici siyasətində əsas xəttə çevrilib.
Sədaqət Həsənova













