Şəhərdə davam edən güclü yağışlar ciddi fəsadlara yol açıb. Ən qorxulu hadisə isə 10-cu mikrorayon ərazisində, “İrşad” mağazasının düz qarşısında qeydə alınıb.
Gündəm24.az -ın hadisə yerində olan müxbiri xəbər verir ki, intensiv yağış sularının təsirindən torpaq qatı yumşalıb və “İrşad” mağazasına məxsus avtomobil dayanacağında böyük bir hissə qəfil çöküb. Asfaltın altının boşalması nəticəsində ərazidə dərin yarğan yaranıb. Sakinlər və müştərilər arasında böyük təşviş yaşanıb.
















