Britaniya Baş naziri bu məsələni səsverməyə çıxaracaq
Gündəm24.az xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Keir Starmer atəşkəsdən sonra Ukraynaya Britaniya qoşunlarının göndərilməsi məsələsinin parlamentdə səsverməyə çıxarılacağını açıqlayıb və bu qərarın Fransa Prezidenti Emmanuel Makron və Ukrayna Prezidenti Vladimir Zelenski ilə razılaşdırılmış niyyət bəyannaməsinə əsaslandığını bildirib. Onun sözlərinə görə, mümkün kontingent yalnız atəşkəsdən sonra yerləşdiriləcək və çəkindirmə əməliyyatları, eləcə də hərbi mərkəzlərin və silah anbarlarının tikintisi və qorunmasında iştirak edəcək. Starmer vurğulayıb ki, bu addım üçün xüsusi hüquqi sənəd tələb olunur, göndəriləcək əsgər sayı isə daha sonra açıqlanacaq və Britaniya ABŞ-ın rəhbərlik etdiyi atəşkəsə nəzarət missiyasında da yer alacaq.
Sədaqət Həsənova













