Azərbaycanın yerli qida sənayesinin qabaqcıl simalarından olan “Ovçular” şirkəti, yüksək keyfiyyət standartları və istehlakçı etimadı ilə bazarda öz mövqeyini möhkəmləndirməyə davam edir.
Yarandığı ilk gündən etibarən əsas hədəf hissəsini təbii, təhlükəsiz və rəqabətqabiliyyətli məhsul istehsalı üzərində quran müəssisə, qısa müddət ərzində ciddi inkişaf yolu keçmişdir. İlk illərdə məhdud istehsal həcmi ilə fəaliyyətə başlayan şirkət, müasir texnologiyaların tətbiqi və peşəkar yanaşma sayəsində daxili bazarın əsas oyunçularından birinə çevrilmişdir.
“Ovçular” şirkətinin uğurunun təməlində qida təhlükəsizliyi və sanitariya-gigiyena qaydalarına güzəştsiz riayət dayanır. İstehsal prosesi xammalın seçimindən başlayaraq, son məhsulun süfrələrə çatdırılmasına qədər hər bir mərhələdə ciddi laborator və texnoloji nəzarətdən keçir. Şirkət daim yenilənən texnoloji avadanlıqları sayəsində həm məhsul çeşidini artırır, həm də istehsal gücünü genişləndirir.
Müəssisənin fəaliyyət fəlsəfəsi “Keyfiyyət və Etimad” prinsipinə əsaslanır. Yalnız yüksəkkeyfiyyətli xammaldan istifadə edən brend, istehlakçıların tələb və istəklərini ön planda tutur. Bu gün ölkənin ən böyük satış şəbəkələrində təqdim olunan “Ovçular” məhsulları, geniş alıcı kütləsinin rəğbətini qazanmışdır.
Gələcək hədəflərini daha böyük istehsal həcmi və beynəlxalq standartların mənimsənilməsi kimi müəyyən edən şirkət, yerli istehsalın inkişafına və ölkə iqtisadiyyatına töhfə verməkdə israrlıdır.
“Ovçular” – ənənə, keyfiyyət və etimadın ünvanı!














