Gündəm24.az-ın hadisə yerində olan müxbiri xəbər verir ki, Sumqayıt şəhərinin 15-ci məhəlləsində yerləşən yarımçıq tikilidə yanğın hadisəsi baş vermişdir.
Nəzərə çatdırılır ki, həmin əraziyə məişət tullantıları atıldığından yanğın məhz bu tullantıların olduğu hissədə qeydə alınıb.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. Görülən operativ tədbirlər nəticəsində yanğın qısa müddət ərzində söndürülüb və ətraf ərazilərə yayılmasının qarşısı alınıb.