Tehranın nüvə proqramı ilə bağlı böhranın həlli ilə bağlı İran və ABŞ arasında danışıqların yeni mərhələsi fevralın 6-da Omanın paytaxtında keçirilib.
Gündəm24.az xəbər verir ki, Tasnim xəbər agentliyinin verdiyi məlumata görə, İranın Atom Enerjisi Təşkilatının (AEOI) vitse-prezidenti və rəhbəri Məhəmməd Eslami bildirib ki, ABŞ ilə danışıqlarda İrandan yüksək dərəcədə zənginləşdirilmiş uranın üçüncü ölkələrə çıxarılması məsələsi qaldırılmayıb.
O, jurnalistlərə açıqlamasında “bu məsələ danışıqlarda müzakirə olunmayıb” deyə vurğulayıb.
Fevralın 6-da Omanın paytaxtında İran və ABŞ arasında Tehranın nüvə proqramı ilə bağlı böhranın həlli üzrə danışıqların yeni mərhələsi keçirilib. İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Araqçi, ABŞ nümayəndə heyətinə isə prezidentin xüsusi nümayəndəsi Stiv Vitkoff rəhbərlik edib.
Sədaqət Həsənova














