Çərşənbə axşamı, Mart 3, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Trampdan Əliyevə: “Hörmətli cənab Prezident! Böyük şərəf duyuram!”

21/01/2026 12:42
Manşet, Siyasət
43 3
Trampdan Əliyevə: “Hörmətli cənab Prezident! Böyük şərəf duyuram!”
58
Baxış sayı

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Gündəm24.az bildirir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Sizi – Azərbaycan Respublikasının Prezidentini Yaxın Şərqdə sülhü möhkəmləndirmək üçün, eyni zamanda, qlobal münaqişənin həll olunmasına yeni yanaşma üsuluna qədəm qoymaq yolunda son dərəcə mühüm əhəmiyyət daşıyan tarixi və möhtəşəm səyimizə qoşulmağa dəvət etməkdən böyük şərəf duyuram.

Mən 2025-ci il sentyabrın 29-da Qəzza münaqişəsinə son qoymaq üçün əhatəli plan elan etdim. Bu, Ərəb dünyası, İsrail və Avropa da daxil olmaqla, bütün dünya liderləri və əsas dövlət başçıları tərəfindən sürətlə qəbul edilən 20 bəndlik fövqəladə yol xəritəsidir. Həmin planın davamı olaraq, noyabrın 17-də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası 2803 saylı qətnaməni böyük səs çoxluğu ilə qəbul edərək, bu baxışı alqışladı və dəstəklədi.

İndi isə artıq bütün bu xəyalları reallığa çevirməyin vaxtıdır. Planın mərkəzində indiyədək formalaşdırılmış ən təsirli və ən nəticəyönlü Sülh Şurası dayanır. Bu Şura yeni beynəlxalq təşkilat və Keçid İdarəetmə Administrasiyası kimi təsis ediləcək.

Bizim səylərimiz nümunə göstərməyə hazır olan, yeni nəsillər üçün təhlükəsiz və çiçəklənən gələcəyə parlaq şəkildə sərmayə yatıranlara nəsib olan bir şərəfi – daimi sülhün qurulması kimi nəcib məsuliyyəti çiyinlərinə götürmək istəyən seçilmiş ölkələr qrupunu bir araya gətirəcəkdir. Yaxın gələcəkdə əksəriyyəti yüksək hörmətə sahib dünya liderləri olan möhtəşəm və etibarlı tərəfdaşlarımızı bir araya gətirəcəyik.

Şuranın Sədri kimi, Azərbaycan Respublikasını təsisçi üzv dövlət qismində qoşulmağa və Sizin təmsilçiliyinizlə Sülh Şurasının Nizamnaməsinə tərəf olmağa rəsmi şəkildə dəvət edirəm. Bu Şura bənzərsiz bir qurum olacaq – indiyədək buna oxşar heç bir qurum mövcud olmayıb! Hər bir üzv dövlət onun adından iclaslarda iştirak etmək və təmsil olunmaq üçün səlahiyyətli nümayəndə təyin edə bilər. Əlavədə əhatəli plan və hazırda imzalanma və ratifikasiya üçün açıq olan Şuranın Nizamnaməsi təqdim olunur.

Gələcək illərdə dünyada dayanıqlı sülhün, rifahın və hamı üçün qüdrətin bərqərar olunması məqsədi naminə Sizinlə əməkdaşlıq etməyi səbirsizliklə gözləyirəm”.

Azərbaycan Prezidenti İlham Əliyev də öz növbəsində Donald Trampa məktub ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Sülh Şurasına təsisçi üzv dövlət qismində Azərbaycan Respublikasını dəvət etdiyiniz məktuba görə Sizə minnətdaram.

Bu dəvəti Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatlarının qarşılıqlı hörmətə əsaslanan faydalı tərəfdaşlığının, həmçinin Azərbaycanın regional və qlobal miqyasda sülh və sabitliyin təşviqində rolunun tanınmasının rəmzi olaraq qəbul edirəm.

Azərbaycan Respublikası Sülh Şurasına qoşularaq, onun Qəzzadakı münaqişənin sonlandırılması və uzunmüddətli münaqişədən əziyyət çəkən bütün tərəflərə daha təhlükəsiz və rifahlı gələcək qurulması kimi nəcib missiyasını paylaşacaq.

İnanıram ki, Sülh Şurası səmərəli beynəlxalq təşkilat olub, öz missiyasını uğurla yerinə yetirəcək.

Sizin müdrik liderliyinizə və sülh quruculuğu səylərinizə səmimi təqdirimi qəbul edin. Sizə Sülh Şurasının Sədri vəzifənizdə uğurlar arzu edirəm”.

Oxşarxəbərlər

İrandan Azərbaycana təxliyə olunanların sayı açıqlandı — YENİLƏNİB
Dünya

İrandan Azərbaycana təxliyə olunanların sayı açıqlandı — YENİLƏNİB

02/03/2026 20:50
75
Putindən İran müharibəsi ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI: “Hazırıq”
Dünya

Putindən İran müharibəsi ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI: “Hazırıq”

02/03/2026 18:54
53
Baş nazir qərar imzaladı
Manşet

Baş nazir qərar imzaladı

02/03/2026 18:11
54
Xameneinin olduğu yerin koordinatlarını onlar verib – Bu qədər dəqiq hədəf…
Dünya

Xameneinin olduğu yerin koordinatlarını onlar verib – Bu qədər dəqiq hədəf…

02/03/2026 18:04
52
Xameneinin arvadı da öldü – FOTO
Dünya

Xameneinin arvadı da öldü – FOTO

02/03/2026 17:27
53
Prezident fərman imzaladı
Manşet

Prezident fərman imzaladı

02/03/2026 16:40
52

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

SON DƏQİQƏ ! İran təhlükəli BƏYANAT YAYDI

SON DƏQİQƏ ! İran təhlükəli BƏYANAT YAYDI

02/03/2026 23:40
51
Pezeşkian İran küçələrində görüntüləndi – FOTO

Pezeşkian İran küçələrində görüntüləndi – FOTO

02/03/2026 23:27
57
Xərçəngdən əziyyət çəkən Əməkdar artistin səhhəti pisləşdi

Xərçəngdən əziyyət çəkən Əməkdar artistin səhhəti pisləşdi

02/03/2026 23:15
52
Təbrizin hərbi hava bazası vuruldu

Təbrizin hərbi hava bazası vuruldu

02/03/2026 23:11
54

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Regionda vəziyyət kritik həddə çatdı — kütləvi təxliyə planları işə düşdü

Regionda vəziyyət kritik həddə çatdı — kütləvi təxliyə planları işə düşdü

02/03/2026 08:55
63

Rəsmi bəyanat – Türkiyə və İran sərhədində sərnişin keçidi müvəqqəti dayandırılıb

Rəsmi bəyanat – Türkiyə və İran sərhədində sərnişin keçidi müvəqqəti dayandırılıb

02/03/2026 08:40
60

Münaqişə intensivləşir: Hizbullah döyüşlərə qoşulur, regional gərginlik artır

Münaqişə intensivləşir: Hizbullah döyüşlərə qoşulur, regional gərginlik artır

02/03/2026 07:11
74

Əraqçidən şok açıqlama: Xameneinin öldürülməsi hüquqi prinsipləri hədəf alır

Əraqçidən şok açıqlama: Xameneinin öldürülməsi hüquqi prinsipləri hədəf alır

02/03/2026 03:46
56

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.