ABŞ prezidenti Donald Tramp, İranın Hörmüz boğazını açmadığı təqdirdə İran elektrik stansiyalarını hədəf almaqla hədələməsinin “çox yaxşı” nəticələr verəcəyini iddia etdi. Tramp iddia etdi ki, bu proses İranın “tamamilə məhvinə” gətirib çıxara bilər.
Gündəm24.az xəbər berir ki, İsraildə yerləşən “13-cü Kanal” televiziyası və “Jerusalem Post” qəzetinə danışan mənbələrin məlumatına görə, Donald Tramp İranı Hörmüz boğazını açmadığı təqdirdə elektrik stansiyalarını hədəf almaqla hədələyib və bunun “çox yaxşı” nəticələrə səbəb olacağını bildirib.
ABŞ prezidenti iddia edib ki, bu addım İranın “tamamilə məhvinə” gətirib çıxara bilər və NATO müttəfiqlərini hərəkətsiz qaldıqlarına görə tənqid edib.
Tramp əvvəlcədən xəbərdarlıq edib ki, 48 saat ərzində boğaz açılmazsa, ABŞ ən böyük elektrik stansiyalarını hədəf alacaq.
İran İnqilab Keşikçiləri cavab verərək bildiriblər ki, elektrik stansiyalarına hücum olarsa, İsrail və ABŞ enerji obyektlərinə qarşı qisas alacaqlar.
Hollandiya Baş naziri Mark Rutte isə NATO müttəfiqlərinin tərəddüdünə anlayış istədiyini açıqlayıb.
Sədaqət Həsənova
© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.