Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigez Trampın Venesuela hava məkanına kommersiya uçuşlarının bərpa olunduğunu elan etməsindən sonra çıxış etdi. “Bütün aviaşirkətləri və investorları ölkəyə gəlməyə çağıran Rodrigez, 2025-ci ilin noyabr ayından bəri qüvvədə olan məhdudiyyətlərin aradan qaldırıldığını elan etdi.
Gündəm24.az xəbər verir ki, Anadolu Agentliyinin verdiyi məlumatına görə, Venesuela müvəqqəti prezidenti Delsi Rodrigez ABŞ‑ın kommersiya hava məkanına qoyulan bütün məhdudiyyətlərin aradan qaldırıldığını və kommersiya uçuşlarının bərpa ediləcəyini açıqlayıb. Rodrigez bildirib ki, bu məhdudiyyətlər artıq götürülüb və ölkəyə gəlməli olan bütün aviaşirkətlər və investorlar üçün imkanlar yaradılır, bunu o ABŞ Prezidenti Donald Trampla apardığı müzakirələrə istinad edərək söyləyib. ABŞ Prezidenti Tramp Ağ Evdə keçirdiyi iclasda Venesuelanın hava məkanının kommersiya uçuşları üçün yenidən açılacağını, amerikalıların tezliklə Venesuelaya səyahət edə biləcəyini və bunun üçün lazımi tapşırıqlar verildiyini bildirib.
Sədaqət Həsənova














