Qustavo Petro həmçinin Kolumbiya xalqının onu müdafiə edəcəyinə əminliyini ifadə etdi
Gündəm24.az xəbər verir ki, Kolumbiya prezidenti Qustavo Petro ABŞ prezidenti Donald Trampın Kolumbiyada hərbi əməliyyat ehtimalı ilə bağlı açıqlamalarından sonra ölkəsini müdafiə etmək üçün silaha sarılmağa hazır olduğunu bildirib. O, ABŞ-ın onu ələ keçirməyə cəhd edəcəyi təqdirdə kolumbiyalıların onu dəstəkləyəcəyinə əminliyini ifadə edib.
Petro gəncliyində partizan hərəkatının üzvü olduğunu xatırladaraq, “vətən naminə yenidən silaha əl atacağını” deyib və xalqın hər hansı müdaxiləyə qarşı ayağa qalxacağını vurğulayıb.
Sədaqət Həsənova













