Türkiyə Rusiya istehsalı olan “S-400” zenit-raket komplekslərindən imtina etməyə hazırlaşır.
Gündəm24.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ankaradakı səfiri Tom Barrak deyib.
Onun sözlərinə görə, Türkiyə artıq bu hava hücumundan müdafiə sistemindən istifadə etmir, lakin ölkənin arsenalında raketlər, radarlar və digər avadanlıq hələ də mövcuddur.
Səfir qeyd edib ki, “S-400″lərin mövcudluğu NATO daxilində gərginliyə səbəb olub. Bu, Türkiyənin ABŞ-dan “F-35” qırıcı təyyarələrini almasına maneə törədib. Barrak əlavə edib ki, bu məsələ yaxın 4–6 ay ərzində tam həll ediləcək.














