“ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff istənilən vaxt Rusiyaya rəsmi səfərə gələ bilər”.
Gündəm24.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, buna baxmayaraq, Rusiya tərəfi hazırda Uitkoffla əlaqə saxlamır.
Qeyd edək ki, bundan əvvəl Uitkoffun Türkiyə səfəri və Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşünün təxirə salındığı məlum oldu.












