Rusiya gecə ərzində Ukraynaya raket və dronlarla hücum edib. Şərq və cənub bölgələrində yaşayış binalarına ziyan dəyib və ən azı 20 nəfər yaralanıb. Hakimiyyət orqanları hələlik hücumda istifadə olunan raket və dronların sayını və vurulan əsas hədəfləri açıqlamayıb.
Gündəm24.az xəbər verir ki, Reuters-in əldə etdiyi məlumata görə, Yerlı hakimiyyət orqanları cümə axşamı açıqlayıb ki, Rusiya dünən gecə Ukraynaya raket və dronlarla hücum edib. Şərq və cənub bölgələrində yaşayış binalarına ziyan dəyib və təxminən 20 nəfər yaralanıb.
Ballistik və qanadlı raketlər ölkənin şərqində Kiyevə, Kiyev bölgəsinə və Xarkova yönəldilib, dronlar isə cənubda Zaporojyeyə hücum edib. Hakimiyyət orqanları hələlik istifadə edilən raket və dronların sayını və vurulan əsas hədəfləri açıqlamayıb.
Sədaqət Həsənova














