Bazar, Fevral 22, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Vətəndaşların NƏZƏRİNƏ: Toyuq məhsulları alarkən DİQQƏTLİ OLUN

23/12/2025 07:00
Manşet, Müsahibə
44 1
Vətəndaşların NƏZƏRİNƏ: Toyuq məhsulları alarkən DİQQƏTLİ OLUN
57
Baxış sayı

“Xəbərdarlıq edilən toyuq məhsullarında infeksiya riski və qida təhlükəsizliyi pozuntuları əsasən bir neçə amillə bağlıdır. Birinci və əsas risk qida təhlükəsizliyi qaydalarının pozulmasından qaynaqlanır. Toyuqların qeyri-sanitar şəraitdə kəsilməsi, saxlanma və daşınma zamanı temperatur rejiminə əməl olunmaması, çirkli alətlərdən istifadə edilməsi, eləcə də işçi heyətinin gigiyena qaydalarına riayət etməməsi məhsulun təhlükəli hala düşməsinə səbəb olur. Belə hallarda dövriyyəyə qeyri-sağlam şəraitdə kəsilmiş və saxlanılmış toyuq məhsulları buraxılır”.

Bunu Demokrat.az-a açıqlamasında qida eksperti İlkin Şirinov deyib.

O, bildirib ki, digər mühüm məsələ saxlanma müddəti və temperatur rejimidir:

“Əgər məhsul üzərində göstərilən temperatur şəraitinə əməl olunmursa və saxlanma müddəti normanı aşırsa, bu zaman bakteriyaların, xüsusilə E.coli və salmonella kimi təhlükəli mikroorqanizmlərin çoxalması baş verir. Bu isə birbaşa insan sağlamlığı üçün ciddi risk yaradır”.

Ekspert bildirib ki, baytarlıq nəzarətindən keçməyən toyuq məhsullarının satışı da təhlükə mənbəyidir:

“Qeyri-qanuni kəsim, saatlarla uyğun olmayan şəraitdə daşınma, kəsimdən saxlanmaya qədər olan mərhələdə 0–4 dərəcə temperatur rejiminə əməl edilməməsi məhsulun istifadəyə yararsız hala düşməsinə gətirib çıxarır. Eyni zamanda ev şəraitində saxlanma zamanı da diqqətli olmaq vacibdir. Çiy toyuq mütləq şəkildə bişmiş qidalardan ayrı saxlanmalı, çiy toyuqla təmasda olan bıçaq, lövhə və digər mətbəx alətləri sonradan başqa qidalarda istifadə edilməməlidir. Əks halda çarpaz çirklənmə baş verə bilər”.

Onun sözlərinə görə, istehlakçılar xarab və istifadəyə yararsız toyuğu bir neçə əlamətə görə ayırd edə bilərlər:

“Düzgün temperaturda saxlanılmayan toyuğun səthində yapışqanlıq yaranır, turş və xoşagəlməz qoxu hiss olunur, rəngində isə tündləşmə müşahidə edilir. Bu əlamətlər təzə məhsullarda olmur. Toyuq kəsimi yalnız rəsmi, sanitar-gigiyenik tələblərə cavab verən müəssisələrdə və baytarlıq nəzarəti altında həyata keçirilməlidir. Baytarlıq nəzarəti olmadan, markalanması aparılmadan satışa çıxarılan toyuq məhsulları qanun pozuntusu hesab olunur və ciddi məsuliyyət yaradır”.

Oxşarxəbərlər

Prezident Naxçıvanla bağlı sərəncam imzaladı
Manşet

Prezident Naxçıvanla bağlı sərəncam imzaladı

21/02/2026 12:07
67
Qəza nəticəsində turistlərin həyatını itirməsi yerli xilasediciləri səfərbər edib
Dünya

Qəza nəticəsində turistlərin həyatını itirməsi yerli xilasediciləri səfərbər edib

20/02/2026 16:51
56
Prezident dövlət qurumları ilə bağlı mühüm fərman imzaladı
Manşet

Prezident dövlət qurumları ilə bağlı mühüm fərman imzaladı

20/02/2026 16:45
54
Polşa və ABŞ strateji addımlarını qiymətləndirir: nüvə silahları mövzusu
Dünya

Polşa və ABŞ strateji addımlarını qiymətləndirir: nüvə silahları mövzusu

20/02/2026 16:38
55
Epşteyn işi və Zelenski: Ukraynalı siyasətçi şok açıqlama verib
Dünya

Epşteyn işi və Zelenski: Ukraynalı siyasətçi şok açıqlama verib

20/02/2026 16:32
54
Ərdoğan gələcəkdə planetin vəziyyətinə görə insanların düşüncələrinin dəyişəcəyini bildirib
Dünya

Ərdoğan gələcəkdə planetin vəziyyətinə görə insanların düşüncələrinin dəyişəcəyini bildirib

20/02/2026 15:52
55

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Sabah yağış yağacaq

Sabah yağış yağacaq

21/02/2026 13:02
57
Bakıda 18 yaşlı gənc faciəvi şəkildə öldü

Bakıda 18 yaşlı gənc faciəvi şəkildə öldü

21/02/2026 12:41
60
Əjdər Cəfərova yüksək vəzifə verildi

Əjdər Cəfərova yüksək vəzifə verildi

21/02/2026 12:30
52
Prezident Naxçıvanla bağlı sərəncam imzaladı

Prezident Naxçıvanla bağlı sərəncam imzaladı

21/02/2026 12:07
67

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qəza nəticəsində turistlərin həyatını itirməsi yerli xilasediciləri səfərbər edib

Qəza nəticəsində turistlərin həyatını itirməsi yerli xilasediciləri səfərbər edib

20/02/2026 16:51
56

Polşa və ABŞ strateji addımlarını qiymətləndirir: nüvə silahları mövzusu

Polşa və ABŞ strateji addımlarını qiymətləndirir: nüvə silahları mövzusu

20/02/2026 16:38
55

Epşteyn işi və Zelenski: Ukraynalı siyasətçi şok açıqlama verib

Epşteyn işi və Zelenski: Ukraynalı siyasətçi şok açıqlama verib

20/02/2026 16:32
54

Ərdoğan gələcəkdə planetin vəziyyətinə görə insanların düşüncələrinin dəyişəcəyini bildirib

Ərdoğan gələcəkdə planetin vəziyyətinə görə insanların düşüncələrinin dəyişəcəyini bildirib

20/02/2026 15:52
55

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In