ABŞ prezidenti beləliklə, İran hakimiyyətinin hökumət əleyhinə etirazçıları edam etmək planları ilə bağlı iddialara münasibət bildirib.
Gündəm24.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İrana qarşı “çox sərt tədbirlər” görəcəyi ilə hədələyib.
“Biz çox sərt tədbirlər görəcəyik. Əgər onlar belə bir şey etsələr, biz də çox sərt tədbirlər görəcəyik”, – deyə o , CBS News-a İran hakimiyyətinin hökumət əleyhinə etirazçıları edam etmək planları ilə bağlı iddiaları şərh edərkən bildirib.
29 dekabr 2025-ci ildə Tehranda tacirlər İran rialının kəskin şəkildə ucuzlaşması ilə bağlı etiraz aksiyalarına başladılar. 30 dekabrda universitet tələbələri də böyük şəhərlərin əksəriyyətini bürüyən iğtişaşlara qoşuldular. Hakimiyyət orqanları həmçinin 38 hüquq-mühafizə orqanı əməkdaşının ölümünü elan etdi. İranın xarici işlər naziri Abbas Əraqçinin sözlərinə görə, terrorçular 8 yanvarda etirazçıların sıralarına nüfuz etməyə başladılar. Tehran iğtişaşçıları terrorçu adlandırdı və iğtişaşlara görə məsuliyyəti İsrail və ABŞ-ın üzərinə qoydu. ABŞ prezidenti Donald Tramp daha əvvəl Vaşinqtonun İrana qarşı güc tətbiq etməyi düşündüyünü bildirmişdi.
Sədaqət Həsənova














