Şənbə, Fevral 28, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

“Xankəndi-1” elektrik yarımstansiyası istismara verildi – FOTOLAR

23/12/2025 15:34
Manşet, Siyasət
46 1
“Xankəndi-1” elektrik yarımstansiyası istismara verildi – FOTOLAR
59
Baxış sayı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərində “AzərEnerji” ASC-nin 110/35/10 kV-luq “Xankəndi-1” elektrik yarımstansiyasının açılışında iştirak edib.

Gündəm24.az xəbər verir ki, “AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev dövlətimizin başçısına həyata keçirilmiş işlər barədə məlumat verdi.

Qeyd edək ki, Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərin dayanıqlı elektrik enerjisi təchizatı infrastrukturunun yaradılması ilə bağlı tapşırıqlarına əsasən, Xankəndi şəhərində müasir şəhər şəbəkəsi modelinə uyğun 110/35/10 kilovoltluq qapalı tipli yarımstansiya tikilib. Xankəndi və ətraf ərazilərin ölkə enerjisisteminə qoşulması üçün Şuşa şəhərindən Xankəndiyə çətin dağlıq və meşəlik relyefdən keçməklə 1,8 kilometri yeraltı kabel olan, ümumilikdə 11 kilometrlik yüksəkgərginlikli ötürmə xətti çəkilib. Bu yarımstansiya işğaldan azad edilmiş ərazilərdə 110 kV-luq gərginlik sinfi üzrə tikilmiş ilk qapalı tipli yarımstansiyadır. Burada bütün avadanlıq və qurğular, o cümlədən transformatorlar binanın daxilində yerləşdirilib.

Bildirilib ki, yarımstansiyada ən müasir mikroprosessor tipli Rəqəmsal İdarəetmə Mərkəzi qurulub. Bu Micro-SCADA sistemi “AzərEnerji” ASC-nin mütəxəssisləri tərəfindən yaradılaraq ilk dəfə məhz Xankəndidə tətbiq olunub. Sistem yüksəkgərginlikli elektrik xətlərinin və avadanlıqların real vaxtda monitorinqi, idarə olunması və hadisələrin izlənməsini təmin edir. Yarımstansiyadan Xankəndi şəhəri, Ağdərə, Xocalı və Xocavənd rayonları etibarlı və dayanıqlı elektrik enerjisi alacaq.

Dövlətimizin başçısına Qarabağ və Şərqi Zəngəzurda 1000 kilometrədək məsafədə yaradılmış dairəvi elektrik təchizatı sisteminin və istismarının təşkilində innovativ texnologiyaların tətbiqi barədə də məlumat verildi.

Diqqətə çatdırıldı ki, “AzərEnerji” ASC tərəfindən Qarabağda və Şərqi Zəngəzurda rekord müddətdə – cəmi 5 il ərzində 1000 kilometr uzunluğunda yüksəkgərginlikli ötürmə xətləri çəkilərək 12 yeni yarımstansiya ilə zəncirvari şəkildə əlaqələndirilib, 330 və 110 kV-luq ikipilləli dairəvi elektrik təchizatı yaradılıb. Bunun üçün yeni Cəbrayıl Enerji Qovşağı inşa edilib, “İmişli”, “Ağcabədi” və “Gəncə” yarımstansiyaları tam yenidən qurulub. Bu, Qarabağın və Şərqi Zəngəzurun enerji tarixində ən böyük yenilikdir, belə ki, istənilən istiqamətdə qəza baş verərsə, fasilə yaranmadan digər istiqamətdən avtomatik və dayanıqlı enerji təmin olunacaq.

Qeyd edək ki, “AzərEnerji” ASC tərəfindən istismarın təşkili üçün tətbiq edilən növbəti innovativ yenilik Qarabağda və Şərqi Zəngəzurdan başlanılmaqla bütün ölkəni əhatə edəcək Rəqəmsal Texnologiyalarla Yarımstansiya və Hava Xətlərinin Monitorinqi və Analizi sistemləridir. Bunun üçün ən müasir rəqəmsal cihaz və qurğular alınıb, yerli gənc mühəndis heyətinin xarici ölkələrdə ixtisasartırma kurslarında iştirakı təmin olunub. Yeni sistem avtomobil və xüsusi təyinatlı dronlar üzərində quraşdırılmış yüksək dəqiqliyə malik kameralar və teplovizorlarla elektrik stansiyası, yarımstansiya və xətlərdə görüntülərin əldə edilməsini, emalını və serverə göndərilməsini, həmçinin lazer texnologiyaları vasitəsilə ölçülərin, məsafələrin və qızma nöqtələrinin müəyyənləşdirilməsini təmin edir, beləliklə, adi gözlə görünməsi mümkün olmayan qəza riskləri aşkarlanır.

Prezident İlham Əliyevə “AzərEnerji” ASC tərəfindən “Yaşıl enerjiyə keçid” meqalayihələri barədə də məlumat verildi. Qeyd edildi ki, ölkənin ən böyük yarımstansiyası — 500 kV-luq “Nəvahi” yarımstansiyasında işlər tamamlanıb, “Şəfəq” Günəş Elektrik Stansiyasının enerjisistemə qoşulması və Səngəçal terminalının elektrikləşdirilməsi üçün Cəbrayılda 330, Səngəçalda isə 220 kV-luq yarımstansiyaların tikintisi yekunlaşıb. Azərbaycanda bərpaolunan enerji mənbələrinin dinamik inkişafı üçün Batareya Enerji Saxlanc sistemlərinin yaradılması sürətlə davam edir. MDB məkanında gücünə və tutumuna görə ən böyük Batareya Saxlanc sistemləri olan bu enerji obyektləri “Abşeron” və “Ağdaş” yarımstansiyalarının ərazilərində qurulur. Ölkədə yeni yaradılan 2 QVt bərpaolunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyasını asanlaşdırmaq və enerji sisteminin dayanıqlılığını gücləndirmək məqsədilə Geniş Ərazi Monitorinq və Geniş Ərazi İdarəetmə sistemləri tətbiq edilir.

“Xankəndi-1” elektrik yarımstansiyası istismara verildi - FOTOLAR

Oxşarxəbərlər

Martda bayram bayrama qarışacaq: 16 gün evdə olacağıq
Gündəm

Martda bayram bayrama qarışacaq: 16 gün evdə olacağıq

28/02/2026 09:25
62
Moskvanın planı, Vaşinqtonun razılığı: Əbu-Dabi variantı gündəmdədir
Dünya

Moskvanın planı, Vaşinqtonun razılığı: Əbu-Dabi variantı gündəmdədir

28/02/2026 06:54
57
Vaşinqtondan Tehrana ağır ittiham – qanunsuz həbslər dövlət siyasəti kimi qiymətləndirildi
Dünya

Vaşinqtondan Tehrana ağır ittiham – qanunsuz həbslər dövlət siyasəti kimi qiymətləndirildi

28/02/2026 04:35
55
Keçmiş prezidentdən Epşteynlə bağlı gözlənilməz açıqlama
Dünya

Keçmiş prezidentdən Epşteynlə bağlı gözlənilməz açıqlama

28/02/2026 03:37
62
Rusiya Azərbaycana yeni nümayəndə təyin etdi
Dünya

Rusiya Azərbaycana yeni nümayəndə təyin etdi

28/02/2026 01:11
60
Leyla Əliyeva Qubada iftar məclisində – VİDEO
CƏMİYYƏT

Leyla Əliyeva Qubada iftar məclisində – VİDEO

28/02/2026 00:07
63

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Hidayət Heydərov cəzalandırıldı

Hidayət Heydərov cəzalandırıldı

28/02/2026 11:10
58
İran hava məkanını bağladı – FOTO

İran hava məkanını bağladı – FOTO

28/02/2026 11:05
63
54 yaşlı deputatdan gözlənilməz addım

54 yaşlı deputatdan gözlənilməz addım

28/02/2026 09:59
65
Pul daşıyan təyyarə qəzaya uğradı: 15 nəfər öldü

Pul daşıyan təyyarə qəzaya uğradı: 15 nəfər öldü

28/02/2026 09:50
58

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Moskvanın planı, Vaşinqtonun razılığı: Əbu-Dabi variantı gündəmdədir

Moskvanın planı, Vaşinqtonun razılığı: Əbu-Dabi variantı gündəmdədir

28/02/2026 06:54
57

Vaşinqtondan Tehrana ağır ittiham – qanunsuz həbslər dövlət siyasəti kimi qiymətləndirildi

Vaşinqtondan Tehrana ağır ittiham – qanunsuz həbslər dövlət siyasəti kimi qiymətləndirildi

28/02/2026 04:35
55

Keçmiş prezidentdən Epşteynlə bağlı gözlənilməz açıqlama

Keçmiş prezidentdən Epşteynlə bağlı gözlənilməz açıqlama

28/02/2026 03:37
62

“Qərbi Azərbaycan və ortaq dəyərlər” mövzusunda tədbir keçirilib

“Qərbi Azərbaycan və ortaq dəyərlər” mövzusunda tədbir keçirilib

27/02/2026 20:20
101

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In