Eyni zamanda, kanalın mənbələri bildirib ki, Ədəndəki əsas obyektlər və nəzarət məntəqələri Əl-Əməlikə Briqadalarının nəzarəti altında qalır.
Gündəm24.az xəbər verir ki, Beynəlxalq səviyyədə tanınmış Yəmən hökumətini dəstəkləyən Əl-Əməlikə Briqadalarının (Cənub Nəhəngləri Briqadaları) bölmələri müvəqqəti paytaxt Ədənin mərkəzi rayonlarına daxil olaraq əsas dövlət obyektlərini mühafizə altına alıb. Bu barədə “Asharq News” telekanalı təhlükəsizlik qüvvələrindəki mənbələrə istinadən məlumat verib.
Məlumata görə, Əl-Əməlik qüvvələri Cənub Keçid Şurasının (STC) separatçı qruplaşmaları mövqelərini tərk etdikdən sonra Əl-Məaşiq prezident sarayı və Ədən beynəlxalq hava limanı üzərində nəzarəti ələ keçirib.
Bundan əlavə, çərşənbə günü 4-cü hərbi dairənin komandanlığı (respublikanın cənub-qərb əyalətlərinə cavabdehdir) şəhərin bir neçə rayonunda yerləşən STC-nin qərargahlarını və qurumlarını nəzarətə götürüb. Eyni zamanda, kanalın mənbələri bildiriblər ki, Ədəndəki əsas obyektlər və nəzarət məntəqələri hələ də Əl-Əməlikə Briqadalarının nəzarəti altındadır.
Sədaqət Həsənova













