Sanae Takaichi 354 səs toplayıb.
Gündəm24.az TASS‑a istinadən xəbər verir ki, Yaponiya Parlamentinin aşağı palatasında keçirilən səsvermədə Liberal Demokrat Partiyasının (LDP) lideri Sanae Takaiçi yenidən baş nazir seçilib və 354 səs toplayıb. Hakim blok aşağı palatada üçdə iki çoxluğa sahib olduğundan baş nazir seçkisində həlledici söz məhz bu palataya məxsus olub. Təkrar seçkilərdən sonra Takaiçi ikinci kabinetini formalaşdıracaq, yerli medianın məlumatına görə hökumətin tərkibində ciddi dəyişiklik gözlənilmir və nazirlər postlarını qoruyacaqlar. Yeni kabinet çərşənbə axşamı İmperator Naruhito tərəfindən təsdiqlənəcək, bundan sonra baş nazir əsas siyasi prioritetlərini açıqlayacaq. Fevralın 8-də keçirilən seçkilərdə LDP parlamentdəki 465 yerdən 316-sını qazanaraq 1955-ci ildən bəri ən güclü nəticəsini əldə edib və bu üstünlük partiyaya konstitusiya çoxluğu qazandıraraq qanunvericilik prosesində daha geniş imkanlar yaradıb.














