Sosial şəbəkələrdə yük maşınından sumağa bənzər məhsulun yerə boşaldıldığını əks etdirən görüntülər yayılıb. Məhsulun nə olduğu və hansı şəraitdə daşındığı ilə bağlı müzakirələr yaranıb.
“Bakupost”un əldə etdiyi məlumata görə, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları görüntülərin qeydə alındığı Şamaxı rayonuna gedərək araşdırma aparıblar.
Agentlikdən bildirilib ki, videoda görünən məhsul sumaq deyil, şərab istehsalı zamanı yaranan üzüm tullantılarıdır. Həmin məhsul Abşeron rayonunun Mehdiabad qəsəbəsində fəaliyyət göstərən şərab istehsalı müəssisələrindən birindən alınaraq Şamaxıya aparılıb və heyvanların yemlənməsində istifadə olunub.













