Şənbə, Dekabr 6, 2025
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

“Zəngəzurun əsl sahibləri – Minillik tarixi olan torpaqlarda türk izləri”

26/11/2025
Manşet, Özəl, Qərbi Azərbaycan
56 3
“Zəngəzurun əsl sahibləri – Minillik tarixi olan torpaqlarda türk izləri”
75
Baxış sayı

Zəngəzurun tarixi son yüz ilin hadisələrindən ibarət deyil. Bu bölgənin kökləri minilliklər öncəyə dayanır və hər addımında türk izləri görünür. Qədim kurqanlar, Nüvədi kitabələri, Qoşundaş daşları, həmçinin yüzlərlə türk mənşəli kənd, dağ, çay adları bu ərazidə oğuz və prototürk tayfalarının çox qədimdən yaşadığını açıq şəkildə göstərir.
Elmi araşdırmalar da bunu təsdiqləyir: “Zəngəzur” sözünün özü türk “Zəngi” tayfasının adı ilə bağlıdır və “sur” sözü ilə birləşib yaranıb. Bu ad nə sonradan dəyişdirilib, nə də başqa xalqlardan götürülüb – əsli-kökü türklərə məxsusdur.
Səfəvilər dövründə, ondan əvvəl və sonra burada yaşayan əhalinin böyük hissəsini türk tayfaları təşkil edirdi. Zəngəzur qədim Albaniya dövlətinin mühüm bölgələrindən biri olmuşdu və prototürk boylarının mədəniyyət izi burada aydın görünürdü.
Bu gün tarixçilər bir məqamı xüsusi vurğulayırlar:
Zəngəzurun tarixi nə uydurma, nə də mübahisəli məsələdir – bu torpaq türkün qədim yurdudur və bunu həm arxeologiya, həm toponimika, həm də yazılı mənbələr təsdiqləyir.
“Zəngəzur nədən və kimlərdən alındı? Bu sual hər zaman insanı düşünməyə vadar edir.

Zəngəzurun Azərbaycandan necə alındığını başa düşmək üçün sadəcə XX əsrin əvvəlinə baxmaq kifayətdir. O dövrdə bölgənin əsas əhalisi azərbaycanlılar – türk-müsəlman sakinlər idi. Lakin 1905–1906 və 1918–1920-ci illərdə erməni silahlı dəstələrinin törətdiyi qırğınlar nəticəsində kəndlər yandırıldı, yüzlərlə ailə qətlə yetirildi, on minlərlə insan öz yurdundan didərgin salındı. Bu, təsadüfi yox, planlı şəkildə aparılan demoqrafik dəyişiklik siyasəti idi.
Ardınca Sovet hakimiyyəti quruldu və məsələ tamamilə siyasi qərarlarla həll olundu. 1920–1921-ci illərdə Moskva rəhbərliyi Zəngəzurun böyük hissəsini Azərbaycandan ayıraraq Ermənistana verdi. Bu, heç bir tarixi və hüquqi əsas olmadan, sırf regionda ermənipərəst qüvvələrin siyasətilə erməniləri yerləşdirmək üçün atılan addım idi.
Bu qərarın nəticəsi ağır oldu:
Azərbaycan Naxçıvanla birbaşa quru əlaqəsini itirdi, yüz illər boyu Azərbaycan torpağı olan Zəngəzur süni şəkildə siyasi xəritədən qoparıldı.
Ən acı həqiqət isə budur!
Zəngəzur xalqdan yox, məhz Azərbaycandan alındı və siyasi hədiyyə kimi Ermənistana verildi.
Bir məsələ hər zaman sual olaraq qalırdı. Zəngəzur niyə hədəf seçildi?
Zəngəzurun hədəf seçilməsi səbəbsiz deyildi. Bu ərazi həm coğrafi, həm iqtisadi, həm də mədəni baxımdan bölgənin ən strateji nöqtələrindən biridir. Zəngəzur Anadolu ilə Qarabağı, Naxçıvanla Cənubi Azərbaycanı birləşdirən təbii yol idi. Yəni kim Zəngəzura sahib olurdusa, bütün bölgənin hərəkətinə nəzarət etmək imkanı qazanırdı.
Erməni silahlı dəstələri və daha sonra Sovet siyasəti Zəngəzuru ələ keçirməklə həm Azərbaycanla türk dünyası arasındakı əlaqəni qırdı, həm də bölgənin tarixini özlərinə uyğun şəkildə dəyişdirməyə çalışdı. Ancaq tarix elə bir şeydir ki, gizlətmək olmur – Zəngəzurun hər daşında türk izləri yaşayır.
Buradan köçürülən azərbaycanlılar bu torpağın mədəniyyətini, adət-ənənəsini, xatirələrini bu günə qədər qoruyub saxlayır və gələcək nəsillərə ötürür. Onların yaddaşında qalanlar, həmçinin bölgədə qalan abidələr min illərin türk tarixini yaşatmaqdadır.
Bu səbəbdən Zəngəzur sadəcə bir bölgə deyil –
Türk dünyasının birləşdirici qapısı, strateji dayağı və tarixi yaddaşının mühüm hissəsidir.
Bu gün Zəngəzurla bağlı deyilən və yazılanlar yalnız keçmişin xatırladılması deyil. Bu, tarixi ədalətin bərpası, mədəni yaddaşın qorunması və həqiqətin bütün dünyaya çatdırılması deməkdir.

Gündəm24.az

Qərbi Azərbaycan İcması Sumqayıt Nümayəndəliyi

Ramiz İsmayılov

Oxşarxəbərlər

Donald Tramp İlham Əliyevə təşəkkür etdi
Manşet

Donald Tramp İlham Əliyevə təşəkkür etdi

06/12/2025
86
Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul etdi – FOTOLAR
Manşet

Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul etdi – FOTOLAR

06/12/2025
84
Cənubi Qafqazda yeni status-kvo yaradırıq – Prezidentin köməkçisi
Manşet

Cənubi Qafqazda yeni status-kvo yaradırıq – Prezidentin köməkçisi

06/12/2025
61
30 ildir sədrdir, məhkəməsinə 30 adam gəlmədi…
Gündəm

30 ildir sədrdir, məhkəməsinə 30 adam gəlmədi…

06/12/2025
76
Hikmət Hacıyev qətərli nazirlə görüşdü – FOTO
Manşet

Hikmət Hacıyev qətərli nazirlə görüşdü – FOTO

06/12/2025
64
İlham Əliyev finlandiyalı həmkarını təbrik etdi
Manşet

İlham Əliyev finlandiyalı həmkarını təbrik etdi

06/12/2025
71

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Bu gün Murad Dadaşovun oğlununun toyudur – FOTO

Bu gün Murad Dadaşovun oğlununun toyudur – FOTO

06/12/2025
56
Yanğında həlak olan ana və övladları dəfn edildi – VİDEO

Yanğında həlak olan ana və övladları dəfn edildi – VİDEO

06/12/2025
56
Donald Tramp İlham Əliyevə təşəkkür etdi

Donald Tramp İlham Əliyevə təşəkkür etdi

06/12/2025
86
Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul etdi – FOTOLAR

Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul etdi – FOTOLAR

06/12/2025
84

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Zəngibasar, Gərnibasar və Qırxbulaq-Azərbaycanın Əzəli Torpaqları

Zəngibasar, Gərnibasar və Qırxbulaq-Azərbaycanın Əzəli Torpaqları

03/12/2025
70

VEDİBASAR – QƏDİM AZƏRBAYCAN YURDUNUN QOPARILMIŞ PARÇASI

VEDİBASAR – QƏDİM AZƏRBAYCAN YURDUNUN QOPARILMIŞ PARÇASI

28/11/2025
101

“Zəngəzurun əsl sahibləri – Minillik tarixi olan torpaqlarda türk izləri”

“Zəngəzurun əsl sahibləri – Minillik tarixi olan torpaqlarda türk izləri”

26/11/2025
75

“Ukraynada sülh dərhal mümkün deyil” — Merz

“Ukraynada sülh dərhal mümkün deyil” — Merz

25/11/2025
60

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In