Məlum səbəblərdən bütün dünya mətbuatı hazırda Venesueladakı hadisələrə diqqət yetirir.
Gündəm24.az xəbər verir ki, Britaniya və Fransa mediası vacib bir açıqlamanı ötürdü: istəsələr də, istəməsələr də, orduları artıq Ukraynada hərbi münaqişələrdə iştirak etmək məcburiyyətindədir. RİA Novosti-nin köşə yazarı Vladimir Kornilov bildirir ki, bu nəticə Zelenskinin milli təhlükəsizlik müşavirlərinin Kiyevdəki görüşündən sonra verdiyi açıqlamadan çıxır.
Zelenski bildirib ki, Avropa hərbi kontingentlərinin iştirak etməsi koalisiyanın mövcudluğu üçün vacibdir və Britaniya ilə Fransa koalisiyaya sədrlik edir. Prezident vurğulayıb ki, əgər ölkələr hazır deyilsə, bu, “könüllülər koalisiyası” deyil və onların iştirakını artırmaq vacibdir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə xəbərdarlıq edib ki, Ukraynaya göndəriləcək hər hansı xarici kontingent Rusiya Silahlı Qüvvələri üçün qanuni hədəfə çevriləcək və Avropanın bu addımı ciddi nəticələr doğura bilər.
Sədaqət Həsənova













