“Bu gün Ay Qız bürcündən keçərkən biz detallara, nizama və nəzarət ehtiyacımıza diqqət yetirməliyik. Bununla belə, Venera Balıq bürcündədir və onun ucalığındadır. İncə bir xətt ürək və ağıl arasında uzanır. Bir hissəmiz məntiqli olmaq, digərimiz isə bağışlamaq, anlamaq istəyir”.
Gündəm24.az KONKRET.az-a istinadən xəbər verir ki, bu sözləri məşhur astroloq Mələk Özçevik deyib.
Astroloqun sözlərinə görə, saat 03:55-dən etibarən Venera 27 dərəcə Balıq bürcündə, yüksəlişdədir və bu təsir 23:11-ə qədər davam edəcək. Bu, çox qiymətli vaxtdır. Sevgi daha saf, daha mərhəmətli, daha ilahi bir yerdən axacaq. Niyyətlər qurmaq, dua etmək, barışmaq və qəlbləri yumşaltmaq üçün güclü gündür. Əgər bir şeyi yaxşılaşdırmaq istəyirsinizsə, bu gün ürəkdən diləyin.
“17:41-də Venera-Uran sekstili işə düşür. Sürpriz mesaj, qəfil görüş və ya gözlənilməz bir inkişaf ola bilər. Sevgidə qığılcım, maliyyə məsələlərində fərqli həll və ya yaradıcı ideya yarana bilər. Saat 17:52-də Ay-Uran üçlüyü bu yenilik enerjisini daha da praktik edir. Gün ərzində plan dəyişə bilər, amma nəticə daha yaxşı olacaq, — deyə astroloq qeyd edib.
“Saat 21:56-da Ay Tərəzi bürcünə keçir, axşam saatlarında isə tarazlıq, estetika və harmoniya axtarışları artır. Barışmaq, danışmaq və münasibətləri yumşaltmaq üçün əlverişli zamandır. Bu gün balans əsasdır”.
“Şans və bolluq-bərəkətə qovuşan 5 bürc Balıq, Xərçəng, Əqrəb, Oğlaq və Buğa olacaq”, — deyə astroloq sonda vurğulayıb.














