Sosial mediada “ChatGPT” əleyhinə baykot kampaniyası başlayıb. Bu münasibət rəqəmsal miqrasiyaya yol açıb. Milyonlarla istifadəçi tətbiqi silir və alternativ süni intellekt platformalarına yönəlir.
Gündəm24.az Sfera.az-a istinadla xəbər verir ki, “Sil ChatGPT” heşteqi ilə başlayan paylaşımlar qlobal səfərbərlik yaradıb.
İstifadəçilər bu addımın səbəblərini müzakirə edir və motivlər getdikcə aydınlaşır.
Məlum olub ki, “OpenAI”nin Baş direktoru Sem Altman ABŞ Hərb Nazirliyi (Pentaqon) ilə nazirliyin gizli şəbəkəsinə texnologiya təmin etmək üçün müqavilə imzalayıb. Bu açıqlama ictimaiyyət arasında böyük etiraza səbəb olub. Tənqidlərin artması ilə Türkiyə və dünyanın müxtəlif ölkələrindən minlərlə istifadəçi sosial mediada abunəliklərini ləğv etdiklərini elan edib.
Məşhurlar da boykota qoşulub. Pop musiqi ulduzu Keti Perri “X” platformasında “ChatGPT ilə işimiz bitdi” deyərək, “Claude”a keçdiyini göstərən ekran görüntüsünü paylaşıb.
“OpenAI” Baş direktoru Sem Altman isə tənqidlərə cavab olaraq bildirib ki, müqavilədə muxtar silahların və kütləvi nəzarətin istifadəsi qadağan olunub. Buna baxmayaraq, etirazlar davam edir və sosial mediada minlərlə istifadəçi boykota qoşulmağa davam edir.
İstifadəçilər indi “Anthropic” tərəfindən hazırlanmış süni intellekt tətbiqi “Claude”yə keçdiklərini açıqlayıblar. Bu addım “Sil ChatGPT” boykotunu daha da gücləndirib və rəqəmsal miqrasiyanın əsas simvoluna çevrilib.














