Cümə axşamı, Mart 26, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

1500 əsgər, 17 tankla Tərtərə hücuma keçdilər – General

25/03/2026 22:04
Siyasət
39 2
1500 əsgər, 17 tankla Tərtərə hücuma keçdilər – General
52
Baxış sayı

Azərbaycanın əsas neft kəmərləri Yevlax və Tərtərdən keçirdi, Naftalan yaxınlığında isə ön xətlə məsafə cəmi 23 km idi. Rusiya nümayəndəsi Kazimirov Prezident Heydər Əliyevlə görüşdə xəbərdarlıq etmişdi ki, əgər bu kontrakt (Əsrin müqaviləsi – red.) imzalansa, ermənilər Gəncə və Yevlaxı ələ keçirəcəklər.

Gündəm24.az  xəbər verir ki, bu sözləri Azərbaycan müdafiə nazirinin sabiq müavini, Müdafiə Nazirliyinin Baş Əməliyyat İdarəsinin sabiq rəisi, general-mayor Elbrus Orucov Axar TV-yə müsahibəsində deyib.

“Bundan sonra Heydər Əliyev Bərdəyə gələrək böyük iclas keçirdi. Elə həmin günlər – aprelin 8-9-da ermənilər hücuma keçdilər. Mən getdim döyüş bölgəsinə.

Prezidentlə əlaqə saxlayaraq məlumat verdim ki, ermənilər üç istiqamətdə – Güllücə, Ağdərə-Tərtər və Suqovuşan-Talış-Naftalan istiqamətlərində böyük qüvvə ilə hücuma keçiblər. Aprelin 9-da Ağdərə-Tərtər istiqamətində 1500 canlı qüvvə, 30 texnika və 17 tankla hücum etmişdilər. Məqsəd Tərtəri ələ keçirmək idi.

Aprelin 9-dan 16-na qədər 5-6 hücum təşkil olundu. 2000 nəfərlik qüvvə Tap Qaraqoyunlu istiqamətinə atıldı, Naftalan fasiləsiz atəşə tutuldu. Düşmən Tərtərçaya qədər irəlilədi, Səhlabad və Qırmızı kəndlərini aldı və Tərtərə cəmi 800 metr qaldı.

May 3-ü Ulu Öndər mənə zəng vurdu: ay Orucov, vəziyyət nə yerdədir? Bildirdim ki, hücum edənlər arasında ermənilərlə yanaşı rus qoşunları da var. Sübut kimi 5 rus zabitinin əsir götürüldüyünü, onların arasında alay komandirinin müavininin də olduğunu qeyd etdim. Prezident həmin əsirlərin Bakıya göndərilməsini tapşırdı…”, – o bildirib.

General əlavə edib ki, vəziyyət çox ağır idi və ermənilərlə aramızda 800 metr məsafə qalmışdı:

“Dedilər ki, Elbrus Orucov, Tərtəri verəcəksiniz? Bu suala necə cavab verim? Ulu Öndər ermənilərin Tərtəri işğal etdiyini elan etmək istədiklərini dedi. Dedim: “Cənab Prezident, 800 metr qalıb. Biz döyüşürük. Heç kimə inanmayın”. Daha sonra söylədim ki, mənim taleyimdə ikinci Şuşa yazılmayacaq və mən Tərtəri verməyəcəyəm.

Tərtər batalyonundan İmayət, Pənah Məmmədov, Rövşən Əkbərov və digərlərini qərargaha yığdım. Gecə-gündüz çalışırıq. Onlar şəhərə daxil olsalar, Bərdə də gedəcək.

Qərargahdakılara əməliyyat planı hazırladığımı və qələmi masaya qoyduğumu dedim: “Ya şəhərin içində vuruşacağıq, ya da siz imtina edib silahı yerə qoyaraq gedəcəksiniz. Kim mənimlə döyüşməyə gedəcəksə, adının qarşısına imza atsın”.

Eldar Ağayev, Hikmət Mirzəyev, Rövşən Əkbərov, Lənkəran Əliyev – komandirlərimin hamısı orada toplaşmışdı.

Çölə çıxdım, arxamca komandirlərim gəlib, dedi ki, Elbrus müəllim, biz hazırıq. Gördüm komandirlərimin hamısı kağıza qol çəkib.

Onların yanındaca hörmətli Prezidentimizə zəng etdim və dedim: “Cənab Prezident, ermənilərə nə Tərtəri verəcəyik, nə də Tərtərin üzərindən keçib, Bərdəni almağa imkan verəcəyik”.

Ulu öndər onun və xalqımızın adından bizə, zabit və əsgərlərimizə minnətdarlığını çatdırmağı tapşırdı. Biz bu sözü eşitdikdən sonra döyüşə getdik. Həmin döyüşdə kapitan Seyidov qumbara bağlayıb, özünü tankın qarşısına atdı, həlak oldu. Tabor komandiri mayor Quliyev səngərdə qala-qala atışdı və çəkilmədi.

Əks-hücum əməliyyatına başladıq. Suqovuşana gedən yolun üstündə Mirzəyev, Fikrət Məmmədov və zabitlər ermənilərin üzərinə yürüdük, erməniləri ərizdən vurub, çıxardıq.

Mən Heydər Əliyevə əməliyyatı məruzə edəndə səhər saat 08:30 idi. Heydər Əliyev hər şeyi bildiyini və mənə general rütbəsini verdiyini dedi. Hətta bildirdi ki, yenidən zəng et və özünü general kimi təqdim et.

Mən də dedim: “Cənab Prezident, əgər elədirsə tabor komandiri Eldar Ağayevə polkovnik rütbəsi verilsin. Hikmət Mirzəyev və Fikrət Məmmədov “Azərbaycan Bayrağı”, kapitan Seyidovla, mayor Quliyev də – ölümündən sonra – təltif edilsin. Onlar qəhrəmandırlar. Əks-hücum əməliyyatına keçəndə 91 zabitlə hamımız canımızı qurban demişdik”.

Daha ətraflı videoda:

Oxşarxəbərlər

Azərbaycanla müharibə? – Sərkisyanın cavabı və reallıq
Dünya

Azərbaycanla müharibə? – Sərkisyanın cavabı və reallıq

25/03/2026 19:53
54
İranda internet böhranı: kəsinti 600 saatı keçdi
Dünya

İranda internet böhranı: kəsinti 600 saatı keçdi

25/03/2026 15:30
54
Avropada qaz gərginliyi artır: Macarıstan Ukraynanı qazsız qoydu
Dünya

Avropada qaz gərginliyi artır: Macarıstan Ukraynanı qazsız qoydu

25/03/2026 14:09
54
İran prezidentindən diqqətçəkən paylaşım – Ərdoğana dəstək mesajı
Dünya

İran prezidentindən diqqətçəkən paylaşım – Ərdoğana dəstək mesajı

25/03/2026 13:44
57
İranın nüvə obyektlərinə zərbə – MAQATE nəticəni açıqladı
Dünya

İranın nüvə obyektlərinə zərbə – MAQATE nəticəni açıqladı

25/03/2026 13:29
53
Danimarkada siyasi şok – Baş nazir Frederiksen istefa etdi
Dünya

Danimarkada siyasi şok – Baş nazir Frederiksen istefa etdi

25/03/2026 13:24
53

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Tikinti şirkəti vətəndaşın evini təhvil vermir? – VİDEO

Tikinti şirkəti vətəndaşın evini təhvil vermir? – VİDEO

25/03/2026 23:20
52
Qiymətli metalların qiymətlərində ARTIM

Qiymətli metalların qiymətlərində ARTIM

25/03/2026 23:15
50
Xaricdən avtomobil sifariş edənlərin NƏZƏRİNƏ! – VİDEO

Xaricdən avtomobil sifariş edənlərin NƏZƏRİNƏ! – VİDEO

25/03/2026 23:02
53
ABŞ İranı HƏDƏLƏYİB

ABŞ İranı HƏDƏLƏYİB

25/03/2026 22:57
52

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
İranda internet böhranı: kəsinti 600 saatı keçdi

İranda internet böhranı: kəsinti 600 saatı keçdi

25/03/2026 15:30
54

Avropada qaz gərginliyi artır: Macarıstan Ukraynanı qazsız qoydu

Avropada qaz gərginliyi artır: Macarıstan Ukraynanı qazsız qoydu

25/03/2026 14:09
54

İran prezidentindən diqqətçəkən paylaşım – Ərdoğana dəstək mesajı

İran prezidentindən diqqətçəkən paylaşım – Ərdoğana dəstək mesajı

25/03/2026 13:44
57

İranın nüvə obyektlərinə zərbə – MAQATE nəticəni açıqladı

İranın nüvə obyektlərinə zərbə – MAQATE nəticəni açıqladı

25/03/2026 13:29
53

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.