Macarıstan səfirliyi İranın Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına dron hücumlarını kəskin şəkildə pisləyir.
Gündəm24.az xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb.
“Azərbaycanın təhlükəsizliyinin, suverenliyinin və beynəlxalq hüquq normalarının bu cür qəbulolunməz şəkildə pozulması regional sabitliyə xələl gətirir. Macarıstan Azərbaycan hökuməti və Azərbaycan xalqı ilə həmrəy olduğunu bildirir.
Yaralananların tezliklə sağalmasını arzulayırıq”, – məlumatda qeyd edilib.
Qeyd edək ki, ötən gün Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib. 1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hava Limanının binasına zərər dəyib, 4 nəfər xəsarət alıb.
10:26
Çexiya səfirliyi bugünkü Naxçıvana qarşı hücumları qətiyyətlə pisləyir.
Gündəm24.az xəbər verir ki, bu barədə Çexiya səfirliyinin paylaşımında bildirilib.
“Bu qəbuledilməz addım Azərbaycanın təhlükəsizliyinin pozulmasıdır və regional sabitliyi sarsıdır”, – paylaşımda vurğulanıb.
Qeyd edək ki, ötən gün Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib. 1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hava Limanının binasına zərər dəyib, 4 nəfər xəsarət alıb.
Səfirlik Naxçıvan Muxtar Respublikasına edilən hücumlardan sonra Azərbaycanla tam həmrəyliyini ifadə edir.
Gündəm24.az xəbər verir ki, bu barədə Belçikanın Azərbaycandakı səfirliyindən bildirilib.
Qeyd edilib ki, mülki şəxsləri təhlükə altına alan və Azərbaycanın suverenliyini, eləcə də beynəlxalq hüququ pozan bu hücumları qətiyyətlə pisləyirlər: “Zərərçəkənlərin isə tezliklə sağalmasını diləyirik”.