Şənbə, Sentyabr 19, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Ombudsmandan Ruben Vardanyanla bağlı iddialara cavab

19/09/2026 12:49
Manşet, Siyasət
781 59
Ombudsmandan Ruben Vardanyanla bağlı iddialara cavab
695
Paylaşım sayı
965
Baxış sayı
SƏSİ YOXLA - BURANI BAS

Ermənistan mətbuatı Azərbaycanın ədalət məhkəməsi tərəfindən layiqli cəzasını almış separatçı Ruben Vardanyana istinadən şər-böhtanlar yaymaqdadır.

Musavat.com sonuncu iddialarla bağlı Ombudsman Səbinə Əliyevaya sorğu ünvanlayıb.

İnternet saytlarında sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər ağır cinayətləri törətdikləri məhkəmə qaydasında sübuta yetirilərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş bəzi erməni əsilli şəxslərin hüqularının təmini vəziyyəti ilə bağlı yayılmış iddialara dair Omudsmanın münasibətini təqdim edirik:

“Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində erməniəsilli şəxslərlə, o cümlədən Ruben Vardanyanla həm ibtidai istintaq dövründə, o cümlədən məhkəmə prosesləri zamanı və məhkum olunaraq cəzacəkmə müəssisəsinə köçürüldükdən sonra da olduqları müəssisələrdə görüşlər keçirilib, onların hüquqlarının təmini vəziyyəti, saxlanma şəraiti və rəftar məsələləri davamlı monitorinq edilib.

Bu monitorinqlər beynəlxalq standartlara uyğun həyata keçirilib, insan hüquq və azadlıqlarının təmin olunması vəziyyəti daim diqqətdə saxlanılıb.

Tərəfimdən, eləcə də Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən əvvəlcədən xəbərdarlıq etmədən həyata keçirilən başçəkmələr zamanı həmin şəxslərə, o cümlədən R.Vardanyana öz ana dilində hüquqları izah edilib, MPQ-nin həkim üzvü tərəfindən səhhətlərinin mövcud vəziyyəti yoxlanılıb, onlara istəklərinə uyğun olaraq müvafiq nəşr vəsaitləri və öz ana dillərində qanunvericilik aktları təqdim edilib. Eləcə də, müraciətləri əsasında müxtəlif dillərdə çoxsaylı bədii ədəbiyyat kitabları onlara təqdim olunub.

Qeyd olunmalıdır ki, həmin şəxslərin hər birinin Ombudsman 916 Çağrı mərkəzinə müraciət imkanı var, etdikləri hər bir müraciətə vaxtında və qanuna müvafiq reaksiyalar verilib.

Adı çəkilən məhkumların cəza çəkdikləri müəssisədə saxlanma şəraitlərinin müasir standartlara cavab verdiyi, həmin məhkumlara münasibətdə hər hansı bir ayrı-sekilik hallarına yol verilmədiyi, beynəlxaq sənədlərdə və milli qanunvericilikdə təsbit olunmuş hüquq və azadlıqlarının, o cümlədən idman növləri ilə məşğul olmaları, gəzinti və asudə vaxlarının təşkili ilə bağlı hüquqlarının təmin edildiyi tərəfimizdən keçirilən ardıcıl başçəkmələr zamanı müşahidə olunur”.

Ombudsmanın cavabında daha sonra bildirilir:

“Qeyd olunmalıdır ki, cəzaçəkmə müəsisələrinə köçürüldükləri zaman hesablarında vəsaitin olmamasına baxmayaraq, ailə üzvləri ilə telefon danışıqları, informasiyaya çatım imkanları məhdudiyyətsiz təmin olunub.

Eləcə də, adıçəkilən məhkumların notariat və tibbi xidmətlərlə də bağlı müraciətlərinin də qanunvericiliyə uyğun təmin olunduğu tərəfimizdən müşahidə edilib.

Sonuncu dəfə notariat xidməti ilə bağlı Araik Harutyunyanın müraciəti icra olunub və başçəkmə gününə təsadüf etdiyindən Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən də bu xidmətin icra olunduğu yerində müşahidə olunub.

Bunlarla yanaşı, həmin şəxslər tərəfindən Ombudsmana ünvanlanmış əlavə tibbi müayinələrin keçirilməsi, ailə üzvləri ilə əlavə telefon danışıqları, özləri və vəkilləri tərəfindən ardıcıl olaraq dövlət qurumlarına müraciətləri ilə bağlı məsələlər təmin olunub.

Ombudsmanın müstəqil olaraq həyata keçirdiyi monitorinq və başçəkmələrin nəticəsi olaraq bildirmək istərdik ki, sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər ağır cinayətləri törətmələri məhkəmə qaydasında sübuta yetirilərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş həmin şəxslərin hüquqları hər hansı bir ayrı-seçkiliyə yol verilmədən təmin edilir.

Bununla bağlı internet saytlarında adıçəkilən şəxslərin adından irəli sürülən iddiaların heç bir əsası yoxdur, həqiqəti əks etdirmir, qərəzli siyasi məqsədlərə xidmət edir”.

Oxşarxəbərlər

Azərbaycanda əhali sayı 2 milyon azalacaq – Tarix açıqlandı
CƏMİYYƏT

Azərbaycanda əhali sayı 2 milyon azalacaq – Tarix açıqlandı

19/09/2026 13:50
954
Erməni ordusu nəyə hazırlaşır? – 500 km uça bilən PUA…
Dünya

Erməni ordusu nəyə hazırlaşır? – 500 km uça bilən PUA…

19/09/2026 13:40
961
“SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” – VİDEO
CƏMİYYƏT

“SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” – VİDEO

19/09/2026 13:35
954
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
CƏMİYYƏT

Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?

19/09/2026 13:11
955
Tramp onu hava limanında şəxsən qarşılayacaq
Dünya

Tramp onu hava limanında şəxsən qarşılayacaq

19/09/2026 13:05
955
Sabahın havası: Yağış, dolu…
CƏMİYYƏT

Sabahın havası: Yağış, dolu…

19/09/2026 12:42
956

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Azərbaycanda əhali sayı 2 milyon azalacaq – Tarix açıqlandı

Azərbaycanda əhali sayı 2 milyon azalacaq – Tarix açıqlandı

19/09/2026 13:50
954
Erməni ordusu nəyə hazırlaşır? – 500 km uça bilən PUA…

Erməni ordusu nəyə hazırlaşır? – 500 km uça bilən PUA…

19/09/2026 13:40
961
“SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” – VİDEO

“SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” – VİDEO

19/09/2026 13:35
954
“Şəhid olsaq, bizi bir yerdə basdırarsınız…” – VİDEO

“Şəhid olsaq, bizi bir yerdə basdırarsınız…” – VİDEO

19/09/2026 13:29
952

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
957

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
960

Pəyhan: Qafanın qədim yurdu

Pəyhan: Qafanın qədim yurdu

17/09/2026 08:07
960

Cızıxlar kəndi: Ağbabanın unudulmayan qədim yurdu

Cızıxlar kəndi: Ağbabanın unudulmayan qədim yurdu

16/09/2026 07:29
961

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.