Bazar, Aprel 12, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Rusiya Ukraynanı məğlub etsə, Azərbaycanı nə gözləyir? – Brayzadan sensasion açıqlama

28/11/2025 12:57
Dünya, Siyasət
60 5
Rusiya Ukraynanı məğlub etsə, Azərbaycanı nə gözləyir? – Brayzadan sensasion açıqlama
82
Baxış sayı

“Bu planların heç biri müharibəni bitirməyəcək, çünki Rusiya və Prezident Putin döyüşləri davam etdirmək istəyir”.

Gündəm24.az  Globalinfo.az-a istinadən xəbər verir ki, ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa və Avrasiya məsələləri üzrə keçmiş direktoru, sabiq səfir Metyu Brayza deyib.

“Prezident Trampın sülh planı barədə məlumatların mətbuata sızması və ABŞ-ın Ukrayna və Avropalı müttəfiqləri tərəfindən sərt tənqid edilməsindən sonra ona dəyişikliklər edildi. Ötən həftə sonu ABŞ Ukrayna ilə danışıqlarda iştirak edərək və sonra Avropalı müttəfiqlərimizlə bunu əlaqələndirərək 28 maddəlik planı 19 maddəyə endirdi. Və Rusiyanın öncəki plana daxil etdiyi ən çox etiraz doğuran və cəfəng tələblərin çoxu aradan qaldırıldı. Bununla belə, bu planların heç biri müharibəni bitirməyəcək, çünki Rusiya və Prezident Putin döyüşləri davam etdirmək istəyir. O Prezident Trampı müharibəni bitirmək istədiyinə inandırdı, amma o, bunu etmir. Çünki bilir ki, Rusiyanın daha çox əsgəri var və müharibəni çox uzun müddət davam etdirmək ümidi ilə qurbanlar verə bilər. Ukraynanın müharibədən tükənməsinə, sonra isə ABŞ və Avropanın da tükənməsinə və Ukraynaya dəstəyini dayandırmasına səbəb olana qədər bunu davam edə bilər. Ona görə də bu sülh planının müharibəyə son qoyması ehtimalı yoxdur”.

M.Brayza hesab edir ki, Ukrayna təslim olmasa, Rusiyanın müharibədə qalib gəlmək şansı yoxdur:

“Ukrayna heç vaxt təslim olmayacaq. Rusiya üçün müharibədə qalib gəlmək onun ifrat məqsədlərinə, yəni rejimin dəyişməsinə, Ukraynada dəyişikliklər etməyə, Ukraynanın özünü müdafiə qabiliyyətinin aradan qaldırılmasına, onun NATO-ya qoşulmasına imkan verməməyə nail olması deməkdir. Bunların heç biri baş verməyəcək. Buna görə də Rusiyanın öz məqsədlərinə çatacağı halda nə baş verəcəyi barədə düşünmək belə mənasızdır, çünki bu, olmayacaq.

Əgər soruşsanız ki, “müharibə Rusiyanın xeyrinə bitərsə, bunun Azərbaycan üçün hansı nəticələri ola bilər?”, bunu heç kim bilmir. Bu sual Azərbaycandan kənarda heç kimi maraqlandırmır və o qədər spekulyativdir ki, hazırda bilinməyən bir çox amillərə əsaslanır və cavab verməyim dürüst olmazdı, çünki mən sadəcə uydurardım. Bu, real olmazdı. Lakin müharibə Rusiyanın xeyrinə bitməyəcək. Ukraynanın xeyrinə də bitməyə bilər. Ukrayna narazı qalacaq, yəqin ki, ərazisinin bir hissəsini itirdiyini qəbul etməli olacaq. Lakin bu, Rusiyanın xeyrinə olmayacaq, çünki Rusiyanın qazanacağı ərazilər Prezident Putinin artıq bir milyondan çox rus əsgərinin ölümünə səbəb olan müharibədə verdiyi vədlərlə örtüşməyəcək”.

M.Brayza vurğulayıb ki, əgər Rusiya Ukraynaya qarşı müharibədə maksimalist məqsədlərinə çatsa, bunun hər kəs, bütün Avropa, ABŞ və dünyadakı bütün dostlarımız üçün nəticələri çox böyük olardı, çünki Rusiya İkinci Dünya müharibəsindən bəri ilk dəfə olaraq beynəlxalq sərhədləri güc yolu ilə dəyişdirə bilmək kimi dəhşətli yeni bir presedent yaradacaq. O, əminliklə bildirib ki, əgər Rusiya buna nail olsa, Prezident Putin davam edəcək və nəticədə NATO üzvü olan Avropa ölkələrinə hücum etməyə çalışacaq. Beləliklə, bu, üçüncü dünya müharibəsinə səbəb ola bilər.

Oxşarxəbərlər

SEPAH Trampa xəbərdarlıq edib
Dünya

SEPAH Trampa xəbərdarlıq edib

12/04/2026 19:24
56
İranı bir günə məhv edə bilərdim- ABŞ Prezidenti
Dünya

İranı bir günə məhv edə bilərdim- ABŞ Prezidenti

12/04/2026 19:20
55
ABŞ bombardmançıları İran SƏMASINDA – BAŞLAYIR
Dünya

ABŞ bombardmançıları İran SƏMASINDA – BAŞLAYIR

12/04/2026 19:13
56
İslamabadda Əraqçi və Uitkoff arasında SÖZ DAVASI
Dünya

İslamabadda Əraqçi və Uitkoff arasında SÖZ DAVASI

12/04/2026 18:40
55
Trampdan İranla bağlı ŞOK ƏMR – BAŞLADI
Dünya

Trampdan İranla bağlı ŞOK ƏMR – BAŞLADI

12/04/2026 18:10
61
İsrail İranla yenidən müharibəyə hazırlaşır
Dünya

İsrail İranla yenidən müharibəyə hazırlaşır

12/04/2026 18:09
61

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Tanınmış həkim dünyasını dəyişdi – FOTO

Tanınmış həkim dünyasını dəyişdi – FOTO

12/04/2026 21:55
57
İyuldan sentyabra qədər… çox isti olacaq – XƏBƏRDARLIQ

İyuldan sentyabra qədər… çox isti olacaq – XƏBƏRDARLIQ

12/04/2026 21:12
54
Azərbaycanda yenə qohum evliliyi baş tutub – Qanuna ƏMƏL ETMİRLƏR

Azərbaycanda yenə qohum evliliyi baş tutub – Qanuna ƏMƏL ETMİRLƏR

12/04/2026 20:57
55
80 manat alanlarla bağlı AÇIQLAMA

80 manat alanlarla bağlı AÇIQLAMA

12/04/2026 20:52
55

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Süfrələrin Etibar Seçimi: “Ovçular” Necə Keyfiyyət Markasına Çevrildi?-VİDEO

Süfrələrin Etibar Seçimi: “Ovçular” Necə Keyfiyyət Markasına Çevrildi?-VİDEO

08/04/2026 11:04
152

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

06/04/2026 12:00
65

124

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyində görüş keçirilib-FOTOLAR

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyində görüş keçirilib-FOTOLAR

02/04/2026 17:25
138

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In