İctimai Televiziyada yayımlanan “Maska” şouda diqqətçəkən anlar yaşanıb.
Gündəm24.az xəbər verir ki, veriliş zamanı çıxış edən Murad Arif deputatlarla bağlı irad səsləndirib.
Sənətçi “Millət vəkillərinin fəaliyyətini görürük ki, tanıyaq?” deyə bildirib.
Murad Arifin bu fikri studiyada alqışlarla qarşılanıb.
Sosial şəbəkələrdə də səsləndirilən bu fikirlər müzakirələrə səbəb olub və bir çox istifadəçi tərəfindən dəstəklənib.














