Bazar, Yanvar 18, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Keçmiş həyat yoldaşı Ağadadaş Ağayevi məhkəməyə verdi — TƏFƏRRÜAT

28/12/2025
Şou-biznes
60 2
Keçmiş həyat yoldaşı Ağadadaş Ağayevi məhkəməyə verdi — TƏFƏRRÜAT
78
Baxış sayı

Lalə Əliyeva sənətçi ilə boşandıqdan sonra 2018-ci ildə tərəflər arasımda bağlanılan barışıq sazişinin etibarsız hesab edilməsini istəyib.

Əliyeva iddia ərizəsində qeyd edib ki, o, Ağadadaş Ağayevlə boşandıqdan sonra, birgə nikah dövründə olan əmlakın bölünməsi ilə əlaqədar məhkəməyə müraciət edib.

O, Xalq artistinə qarşı iddia qaldıraraq, “Büsat” şadlıq sarayının, “Vüsal” kafesinin, eləcə də, idman kompleksinin birgə nikah dövründə əldə olunduğundan bölünməsini məhkəmədən xahiş edib.

Tərəflər arasında 7 il öncə təsdiqlənən, barışıq sazişinə əsasən Lalə Əliyeva Mərdəkanda yerləşən villadan, eyni zamanda digər əmlak hüquqlarından imtina edib, Ağadadaş Ağayev isə bankdan götürülən 86 716 ABŞ dollar və 14 299 manat kredit borclarını ödəməyi öz üzərinə götürüb. Sənətçi eyni zamanda Mərdəkandakı villada olan hüquqlarından imtina edəcəyini bildirib.

Lalə Əliyeva bildirib ki, dəyəri milyonlarla ölçülən Mərdəkandakı fərdi yaşayış evi uzun illər əvvəl qızlarına alınıb və qızlarının doğum günündə – 2003-cü il tarixdə hədiyyə olaraq evin təməli atılıb:

“2018-ci ildəki məhkəmədə prosesi Ağadadaş Ağayev təklif etdi ki, kredit borcunu ödəsin və ev banka keçməsin. Dedi ki, onsuz da bu bağ evi qızlarımındır. Amma bildirdi ki, hansısa sənədləşmə və kredit işləri ilə əlaqədar onun adına olması lazımdır, yaxın gələcəkdə qızlarına bağışlayacağını, digər əmlakları isə bütün övladları arasında ədalətli şəkildə böləcəyini bildirdi. Mən də Ağadadaş Ağayevin vədlərinə inanaraq barışıq sazişini imzalamağa məcbur oldum”.

Lalə Əliyevanın sözlərinə görə, o, barışıq sazişinə öz sərbəst iradəsinin əleyhinə olaraq birinci qrup əlil qızı, nəvələri və böyük bir ailə ilə evsiz-eşiksiz qalmamaq üçün, eyni zamanda qarşı tərəfin yalan vədlərinə aldanaraq imza atıb:

“Lakin qərardadın qəbulundan xeyli vaxt keçməsinə baxmayaraq, Ağadaş Ağayev verdiyi vədlərin heç birinə əməl etmədi. Əksinə gələcəkdə qızına verəcəyini vəd etdiyi bağ sahəsini indiki həyat yoldaşının adına keçirib. Ağlıma gəlməzdi ki, qızımın atası ona məxsus bağ sahəsini yeni həyat yoldaşına bağışlayacaq”.

Xalq artistinin keçmiş xanımı yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmədən 2018-ci il tarixli qərardad ilə təsdiq edilmiş barışıq sazişinin etibarsız hesab edilməsini xahiş edib.

Məhkəmə isə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edib ki, iddia tələbləri təmin edilməməlidir.

Belə ki, tərəflər arasında bağlanılmış barışıq sazişində Lalə Əliyeva Mərdəkandakı bağ evi üzərində Ağadadaş Ağayevin xüsusi mülkiyyət hüqunu tanıyıb və keçmiş ərinin xeyrinə evdən imtina edib.

Odur ki, bu saziş əsasında qəbul edilən məhkəmə qərardadı fərdi yaşayış evinə dair çıxarışın verilməsi üçün əsasdır.

Qeyd edək ki, məhkəmə prosesində nə Ağadadaş Ağayevin özü, nə də nümayəndəsi iştirak edib. Məhkəmə onların iştirakı olmadan prosesə baxılmasını mümkün hesab edib. (teleqraf)

Oxşarxəbərlər

Türkiyəli müğənni ikinci dəfə evlənir
Şou-biznes

Türkiyəli müğənni ikinci dəfə evlənir

18/01/2026
60
Alim Qasımovdan “oturaraq muğam oxumaq”la bağlı tənqidə CAVAB
Şou-biznes

Alim Qasımovdan “oturaraq muğam oxumaq”la bağlı tənqidə CAVAB

16/01/2026
66
Həmin körpə Van Dammın azərbaycanlı nəvəsi deyilmiş… – FOTOLAR
Şou-biznes

Həmin körpə Van Dammın azərbaycanlı nəvəsi deyilmiş… – FOTOLAR

16/01/2026
56
Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi – FOTO
Şou-biznes

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi – FOTO

16/01/2026
74
Elnur Valehin villası satışa çıxarıldı – VİDEO
Şou-biznes

Elnur Valehin villası satışa çıxarıldı – VİDEO

14/01/2026
57
Can Yaman saxlanıldı
Şou-biznes

Can Yaman saxlanıldı

10/01/2026
65

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

18/01/2026
56
Mingəçevirdə yanıq xəsarəti alan kişi xəstəxanada öldü

Mingəçevirdə yanıq xəsarəti alan kişi xəstəxanada öldü

18/01/2026
61
Türkiyəli müğənni ikinci dəfə evlənir

Türkiyəli müğənni ikinci dəfə evlənir

18/01/2026
60
27 il sonra böyük saziş imzalandı

27 il sonra böyük saziş imzalandı

18/01/2026
59

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Ekspert proqnozu: Ukraynada gələn il sülhün təmin olunması çətin görünür

Ekspert proqnozu: Ukraynada gələn il sülhün təmin olunması çətin görünür

17/01/2026
82

Ərdoğan: Onlayn mərc və qumar oyunlarına qarşı strategiya uğurla icra olunur

Ərdoğan: Onlayn mərc və qumar oyunlarına qarşı strategiya uğurla icra olunur

17/01/2026
82

Beynəlxalq sülh addımı: Tramp Ərdoğanı Qəzza Şurasına dəvət edib

Beynəlxalq sülh addımı: Tramp Ərdoğanı Qəzza Şurasına dəvət edib

17/01/2026
68

Misir və Sudan Trampın vasitəçilik təşəbbüsünə rəsmi reaksiya göstərdi

Misir və Sudan Trampın vasitəçilik təşəbbüsünə rəsmi reaksiya göstərdi

17/01/2026
78

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.